backend

“Kedicik”li villadan həbsxanaya — Adnan Oktar həbsdə nə qədər pul xərcləyəcək?

“Kedicik”li villadan həbsxanaya — Adnan Oktar həbsdə nə qədər pul xərcləyəcək?















Adnan Oktar Edirnə həbsxanasına göndərilib.
Lüks həyat tərzi keçirən Adnan bundan sonra həbsxanada həftə ərzində ən çox 300 lirə (80 manat) pul xərcələyə biləcək.
Bir çox cinayətə görə saxlanıldıqdan sonra həbs edilən Adnan Oktarın həbsxanadakı xərcləri üçün öz adına “əmanət pul” hesabı yaradılıb. Adnan bu hesabdakı puldan həftədə ən çox 300 lirə xərcləyə biləcək.
Oktarın vəkili və ya yaxınları tərəfindən bu hesaba köçürülən pul onun həbsxanadakı ehtiyacları üçün nəzərdə tutulub. Adnan nəğd puldan istifadə etməyəcək və almaq istədiyi bir şey üçün isə qəbz dolduracaq. Bu qəbzlə tələb etdiyi məhsulların pulu hesabından ödəniləcək.
Hazırda iki həftdədir həbsdə olan Adnan 3 nəfərlik kamerada tək qalır. Onu ilk dəfə qardaşı və qardaşı oğlu ziyarət edib.