Liviyada 45 nəfər edam ediləcək — Qəddafi məsələsi davam edir
615
Liviya cinayət məhkəməsi 45 nəfər barəsində edam hökmü çıxarıb. Xarici KİV-ə istinadən xəbər verir ki, bu şəxslər 2011-ci ilin avqust ayında Tripolidə üsyançıların kütləvi şəkildə güllələnməsində ittiham edilir.
Daha 54 nəfər həbs cəzasına məhkum edilib. Qeyd edək ki, məhkəmə işi 2011-ci il Liviya hadisələrinə aiddir. Əhali ölkənin diktatoru Müəmmar Qəddafinin istefa verməsi üçün üsyanlara başlamış, üsyançıların bir qismi hökumət qüvvələri tərəfindən blokadaya salınmış və hamısı məhv edilmişdi.