backend

Merkel İsa Qəmbərin oğlu ilə görüşdü - FOTO

Merkel İsa Qəmbərin oğlu ilə görüşdü - FOTO

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycanın qeyri-hökumət təşkilatı təmsilçiləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə görüşdə iştirak edən Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov sosial şəbəkədəki statusunda yazıb.

Görüş fotosunu paylaşan Ə.Həsənov artıq danışıqların sona çatdığını bildirib.

Görüşdə eyni zamanda “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, gənc fəal Turqut Qəmbər, jurnalist Xədicə İsmayıl da iştirak edib.


Qaynarxett.az