backend

ATƏT: Qarabağdakı “məhkəmə” qanunsuzdur

ATƏT: Qarabağdakı “məhkəmə” qanunsuzdur






















“Biz onu tanımırıq”.

ATƏT PA tanınmamış “Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə”ni qanuni hesab etmir.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib.

O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar:

“Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir”.

Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib: “Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar”