backend

Deputat: Büdcəyə haram qatılmasın

Deputat: Büdcəyə haram qatılmasın






















“Düşərli olsun”.

Azərbaycan parlamentinin yəhudi əsilli üzvü Yevda Abramov parlamentdə büdcə müzakirələri zamanı Azərbaycanda milli azlıqlara göstərilən münasibətin yüksək olduğunu bildirib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Azərbaycanın bununla bağlı çox düzgün siyasət yeritməsinə baxmayaraq beynəlxalq aləmdə bunun qısqanclıqla qarşılandığını vurğulayıb:

“Bu günlərdə deputat həmkarım Sahibə Qafarova ilə Parisdə, Strasburqda olduq və oradakı müzakirələr zamanı bu qısqanclığın şahidinə çevrildik. Parisdə bir balaca yumşaq, Strasburqda isə daha sərt şəkildə bu haqsız yanaşmalara etirazımızı bildirdik”.

Y.Abramov çıxışının sonunda 2015-ci ilin dövlət büdcəsini dəstəklədiyini bildirib:

“Çox gözəl büdcədir. Düşərli olsun. Büdcəyə haram qatılmasın və o xalqımıza, dövlətimizə, müdafiə qabiliyyətimizə kömək etsin”.