backend

Rusiya ilə sərhədə "Apaçi"ləri göndərdik - Uilyamson

Rusiya ilə sərhədə "Apaçi"ləri göndərdik - Uilyamson

Rusiyanı inandırıcı təhdid olaraq görürük.

Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Müdafiə naziri Gevin Uilyamson bildirib.

Estoniyada keçirilən NATO-nun hərbi təliminə 5 "Apaçi" helikopterinin göndərildiyini deyən Uilyamson helikopterlərin 3 ay ərzində regionda uçuşlar həyata keçirəcəyini bəyan edib.

Qeyd edək ki, Estoniyada keçirilən "Bahar fırtınası" adlı hərbi təlim mayın 26-da başa çatacaq. Təlimdə İngiltərədən 800, Fransadan 300, Almaniyadan 400 əsgər iştirak edəcək. Kanada, Finlandiya, Gürcüstan, Latviya, Litva, Hollandiya, Polşa, İspaniya, Ukrayna və ABŞ da təlimdə iştirak edən ölkələr arasındadır.