backend

FAZİL MƏMMƏDOV ALMANİYAYA APARILIB – Cərrahi müdaxiləyə məruz qalıb



Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyada əməliyyat olunub. Bakupost.az xəbər verir ki, sabiq nazir Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit və xəstəliyindən əziyyət çəkir.

Bildirilir ki, keçmiş nazir iyul ayının əvvəlindən müalicə üçün Almaniyadadır və iyulun 6-da cərrahi müdaxiləyə məruz qalıb. Hazırda onun vəziyyətinin stabildir.

Həkimlər bildirib ki, o daimi həkim nəzarətində olmalı, mədəaltı vəziyə yığılan iltihab vaxtaşırı təmizlənməlidir. Buna görə də, keçmiş nazirin hələ bir müddət Almaniyada qalacağı gözlənilir.

Xatırladaq ki, uzun müddət Türkiyədəki “Amerikan Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədovda pankreatit xəstəliy aşkarlanmışdı. Bu xəstəliyin də əsas səbəb spirtli içkilərdən çox istifadə edilməsidir.

Məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.