AGSUDAN BƏD XƏBƏR! 64 yaşlı şəxs korona virusundan öldü - Qohumlara meyidə yaxın durmağa icazə verilmir
6 106
Qaynarxett.az xəbər verir ki, Ağsu rayonunun əslən Musabəyli kəndindən olan sakini korona virusundan dünyasını dəyişib.
Bu barədə "Ağsudan Xəbər" səhifəsində məlumat yayılıb. Məlumatda bildirilir ki, "Səhiyyə nazirliyi 1956-cı il təvəllüdlü əslən Musabəyli kəndindən olan Heydərov Qadir Nadir oğlunun korona virusundan öldüyünü təsdiq edib. Səhifəmizə daxil olan məlumata görə, mərhum 1972-ci ildən Bakı şəhərinə köçərək orada yaşayıb. Q.Heydərovun cənazəsi polisin nəzarəti altında dəfn üçün doğulduğu Musabəyli kəndinə gətirilib. Polis virus təhlükəsi səbəbi ilə mərhumun qohumlarını meyidə yaxın durmağına icazə vermir".