backend

Astaranın Ərçivan qəsəbəsində "bələdiyyə pandemiyası"- Yeni bələdiyyə sədrinin QURBANLARI - Video



Redaksiyamıza daxil olmuş şikayəti diqqətinizə çatdıraraq bildiririk ki, 1971 - ci il təvəllüdlü Vəliyeva Gülbahar Oruc qızı, zəhmətkeş bir xanım kimi, hələ SSSR - i dövründən, çay fabrikində çalışıb. 2003 - cü ildən bələdiyyədə xadimə işləyən xanım, 20 - il zəhmətinin qeyd olunduğu  əmək kitabçasınıda işlədiyi bələdiyyə məmuruna təqdim edərək, öz əməyini rəsmiləşdirib. Bu günə kimi bələdiyyədə xadimə vəzifəsində işləyən Gülbahar xanıma, 1 - yanvar, 2020 - cı il tarixdən vəzifəsinə başlayan, yeni seçelmiş bələdiyyə nümayəndəsi Quliyev Mehman Akif oğlu, 30.06.2020 – tarixdə, onun tərəfindən Gülbahar xanımın əmrinin verilmədiyini, və onun işdən azad olunduğu bildirib. Gülbahar xanım Quliyev Mehaman Akif oğlunun bələdiyyə nümayəndəsi olduğu gündən bu günə kimi, artıq 6 - aydır ki, maaşını almadığını bildirib. Bu bələdiyyə nümayəndəsindən  əvəl gələn, bələdiyyə nümayəndəsi İradə Rzayeva da 7 - ay, Gülbahar xanımın maaşını verməyib. Artiq 13 - aydır ki, Gülbahar xanım, gündəlik vəzifəsini yerinə yetirsə də, onun maaşı bu bünə qədər verilməyib. Gülbahar Vəliyevanın xadimə kimi maaşı 75 - manatdır. Artıq bələdiyyə 13 - ayın maaşını cəmi, 975 - manat verəcəyi olsada, onun maaşını vermək əvəzinə, heç bir əsas olmadan, onun işdən azad edildiyini bildirən Quliyev Mehman Akif oğlu, onun əmək kitabçasından xəbəri olmadığını bildirərək, İradə Rzayevanın bütün sənədləri yandıranda, Gülbahar xanımında əmək kitabçasını yandırdığını bildirib. Artıq, 37 - il, iş stajı olan Günbahar xanım bu, anormal vəziyyət haqqında redaksiyamıza şikayət etdiyi zaman, onun əmək kitabçasının taleyi nəmalüm olduğunu, İradə Rzayeva və Mehman Quliyev əmək kitabçasının məsuliyyətini, bir birinin boynuna atıraq məsuliyyətdən qaçdıqlarını bildirir.
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev pandemiya dövrində, heç kimi işdən azad edilməməsi ilə bağlı, göstərişini, Quliyev Mehman Akif oğluna bildirilsədə, bu göstərişin ona dəxli olmadığını bildirib.
Bir ana kimi məsələnin KİV - də yayılmadan, həll etmək istəyən əməkdaşımız, Şirinbacı Rzayeva, Quliyev Mehman Akif oğlunun mobil telfonunu alaraq, ona zəng edib. Şirinbacı Rzayeva, məsələnin həl olunmasına çalışsada, Quliyev Mehman Akif oğlu, evdə aldığı tərbiyyəsini göstərib, mobil telüfon nömrəsini verənidə, ona zəng edənidə təhqir edərək, onları polisə verməklə təhdid edib, telefonu söndürüb.
Əziz oxucular. 
Bir xadimənin maaşına göz qoyan bələdiyyə üzvü görəsən öz  bələdiyyə ərazisində hansı oyunlardan çıxır?
Bunu tam araşdıraraq diqqətinizə çatdıraçağıq.
Məsələ ilə bağlı aidiyyatı orqanlara tam məlumat veriləcək. 
Quliyev Mehman Akif oğlunun əməllərinə hüquqi qiymət verilərək, məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. 
Ardı var... 


Qaynarxett.az