backend

Hədrə cavab olma...

Hədrə cavab olma...























Hədrə cavab olma...

Salma əbəs qıyhaqıy, zülmün əlindən belə,
Hədrə cavab olma bəy, danışma innən belə.

Bizmi günahkarıyıq, gülməşəkər "lox" çıxır,
Altına altun yığan, hər nə yığır, lax çıxır,
Usta gedir, xod gedir, erməninin çax-çuxu,
Keçmə harın "haxçığın" mərhəmətindən belə
Hədrə cavab olma bəy, danışma innən belə.

İşlərimiz cağbəcağ, guya tarazmış, qaqaş,
Başına qıl fırlalasan, çömçə də sazmış, qaqaş,
Gəzdi Dubaydan belə, bakirə qızmış qaqaş...
Dəyişdilər insanı cinsiyyətindən belə,
Hədrə cavab olma bəy, danışma innən belə.

Bax bu siyasətbaza, şıllaq atır çırtığa,
Puldakı qeyrət hanı, qismət olur sırtığa,
Biz də ki, göz dikmişik, yalda qalan artığa,
Könlünə insaf düşə, bəlkə bu gündən belə,
Hədrə cavab olma bəy, danışma innən belə.

Hərraca qoy insafı, "şərtini kəs şumda" get,
Haqqını al, bas cibə, var dalınca cum da get,
Bildiyini qoy yerə, gözlərini yum da get,
Bilmədiyindən danış, Çinü-Maçindən belə,
Hədrə cavab olma bəy, danışma innən belə.

İşlərə əngəl bitib, pul da yaman bütləşib,
Söz çəkilib çarmıxa, indi qələm kütləşib,
Məzlumu susdurdular, gör necə sakitləşib,
Mədh elə məmurları səltənətindən belə,
Hədrə cavab olma bəy, danışma innən belə.

Fəaliyyət Qurbanov