backend

Gülənlə görüşən generalın kimliyi bilindi - "Hocam, artıq gizlənmək istəmirik, əmr verin..."

Gülənlə görüşən generalın kimliyi bilindi - "Hocam, artıq gizlənmək istəmirik, əmr verin..."


















Fətullah Gülənlə gizli görüşən generalının kimliyi bəlli olub

qaynarxett.az xəbər verir ki, bir müddət öncə, Türkiyə Hərbi Prokurorluğu tərəfindən Türkiyə Silahlı Qüvvələrində Gülən camaatının qurulmasına dair aparılan istintaq çərçivəsində vəkil Fidel Okan və jurnalist Abdürrahmən Şimşək, Hərbi Prokuror Kurtuluş Kayaya şahid qismində 4 saat ifadə veriblər.

Fidel Okan bu ifadə zamanı Fətullah Gülən ilə bağlı bir kaseti prokurora təqdim edib. Prokurorun izlədiyi kasetdə Gülənin MİT-də xidmət edən gerallardan biri ilə keçirdiyi görüşdən söhbət gedir. Görüş zamanı general Gülənə, özlərini daha çox gizlətmək istəmədiklərini və əmr veriləcəyi təqdirdə Türkiyə hakimiyyətinə qarşı hərəkətə keçəcəklərini bildirir. "Hocam, artıq gizlənmək istəmirik, əmr verin, lazım olanları edək."

Fətullah Gülən isə , vaxtında edilməyən həmlənin əleyhlərinə işləyə biləcəyini deyir. Bütün bunlar Fidel Okan tvitter hesabında yazıb. Lakin o, istintaq sirri olduğu üçün generalın adını açıqlamayıb. Fidel Okan həmçinin Türkiyə Silahlı Qüvvələrinin də bir sıra generallarının da Gülənlə görüşdüyünü və bununla bağlı istintaqda video kasetlərin olduğunu qeyd edib.

Gülənlə görüşən generalın kimliyi bilindi - "Hocam, artıq gizlənmək istəmirik, əmr verin..."