backend

Putindən dövlət başçılarına sürpriz

Putindən dövlət başçılarına sürpriz


















Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçıları ilə görüşdən sonra Milli Müdafiə Mərkəzinin yeni binasını təqdim edib

qaynarxett.az xəbər verir ki, Putin Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan prezidentləri ilə yeni mərkəzi ziyarət edib.

Görüş əsnasında mərkəzin KTMT-yə xidmət edəcəyini deyən Putin milli müdafiə sistemlərinin inkişaf etdiriləcəyini bildirib:

“Hər şey qətiyyətlə yalnız Rusiya texnologiyaları əsasında yaradılıb. Mərkəz bu gün dünyada bənzəri olmayan çox güclü bir kompüter proqramıyla hazırlanıb. Əminəm ki, bu, milli müdafiə sistemlərinin, ordularımızın birgə idarə olunmasına yeni töhvə verəcək və əlaqələri artıracaq”.

Xatırladaq ki, Rusiya Milli Müdafiə Mərkəzi dekabrın 1-dən fəaliyyət göstərir. Mərkəz bütün məlumatları anında almaqla yanaşı ölkənin hər hansı bir nöqtəsindən istənilən saat və dəqiqədə məlumatı almağa, ötürməyə imkan verir.