backend

“Sovetski”də hansı binalar sökülməyəcək?

“Sovetski”də hansı binalar sökülməyəcək?
























Nazir açıqlama verdi.

“Sovetski”də 118 tarixi abidə var. Ola bilər, onların bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar. Misal kimi Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin ev muzeylərini göstərə bilərəm.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi məlumata əsasən, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, binalardan bəziləri tarixi və ya memarlıq əhəmiyyəti daşımır:

“Elə binalar var ki, onların da əhəmiyyəti o qədər də çox deyil. Amma üzərlərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb.

Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-a yaxını sökülməyəcək”.