backend

Cəlilabadda Mehdi Abbasovun sosial korrupsiyası

Cəlilabadda Mehdi Abbasovun sosial korrupsiyası














Rayon ƏƏSMM-nın müdürü Hafiz Allahyarovla birləşərək camaatı boğaza yığıb

Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən özbaşnalıqlar səngimək bilmir. Bir qrup rayon sakininin bildirdiyinə görə ki, " Mehdi Abbasov bu vəzifəyə təyin olunmamışdan öncə Məşğulluq Mərkəzinin müdürü vəzifəsində çalışırdı. M. Abbasov ilk öncə bu mərkəzin işçilərini ətrafına toplamağa başladı və Sosial Müavinatların təyin olunmasına nəzarət edən komisiya üzvlərini öz adamları ilə əvəzlədi.
Qəribə olanı odur ki, M.Abbasov bütün işlərini Məşğulluq Mərkəzinin baş mühasibi ilə görür. Hər iki Mərkəzin bir binada yerləşməsi bunun üçün gözəl şərait yaradır. M. Abbasovun sayəsində Hafiz Allahyarov, sözün tam mənsında, «qaz vurub, qazan(lar) doldurur.
Rayonun ən böyük kəndlərində sosial təminat alanların sayı 5-6 nəfərdir. Ancaq Hafiz Allahyarovun «sayəsində», onun doğma kəndi olan Haramqışlaq kəndində bu say qat-qat artmışdır.
H.Allahyarov öz qohumlarını da yaddan çıxartmır. Məsələn, Göytəpə şəhərində yaşayan, qaynanası Məmmədov Həmayıl, yaxın qohumu olan Zeynalova Zabitənin aldığı sosial yardımlar onun sayəsində düz-qoş edilib. Baxmayaraq ki, hər ikisi xeyr- şərə «Mersedes» markalı avtomobillərdə gedirlər, Hafiz Allahyarov, necə deyərlər, onlara benzin pulu ayırır.
Bəli, rayonun ƏƏSMM-nin müdürü Mehdi Abbasov, özünün bacarıqsızlığını və iradəsizliyini ortaya qoyaraq, işi taməmən H.Allahyarovun ixtiyarına buraxıb. Heç kəs M. Abbasovun müdür maaşına dolandığına inanmır. Görünür M. Abbasov «ilanı Seyidəhməd əli ilə tutur.»
Şikayət məktubunda qeyd olunan faktları araşdırmaq üçün gün ərzində dəfələrlə ƏƏSMM-nin müdürünə zəng etsək də cavab verən olmadı.