backend

Şamaxıda YAP-çı üsyanı

Şamaxıda YAP-çı üsyanı
















Partiya biletləri kütləvi təhvil verilir


"Büllütenlər oğurlandı, qanun pozuldu və pulu olanlar seçildi..."

Bələdiyyələr bu yaxınlarda keçirilən seçkilərlə bağlı şikayətlər və narazılıqlar hələ də bitib-tükənmir... Xatırladaq ki, bir müddət öncə “Şamaxı rayonunun Avaxıl kəndində yerləşən 49 saylı seçki məntəqəsində baş verən qanunsuzluqlar barədə məlumatlar yaymışdıq. İndi isə Şamaxı rayonu üzrə 85 saylı seçki dairəsinin 20, 21 və 22 saylı məntələrində baş vermiş qanun pozuntularını əks etdirən yeni məlumatlar yayılıb. Sözügedən dairədən bələdiyyələrə seçkilərdə namizəd olmuş Toğrul Salahovun şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
"Şamaxı rayonu üzrə 85 saylı seçki dairəsinin 20, 21 və 22 saylı məntələrində çoxsaylı seçki saxtakarlığı qeydə alındı. 6 nəfərin 2 məntəqədə səs verməsi də aşkarlandı. Səsvermə qutaran zaman isə bülletenlər sayılmadı, protakollar bizə verilmədi, polisləri məntəqələrə çagıraraq buülletənləri dairəyə qaçırtdılar... Yolda gedərkən bülletenlərin sayı da çoxaldı. Amma nədənsə bəzi qurumlar hələ də susaraq gözləyir və bu seçkinin nəticəsini ləğv edib bu cinayəti təşkil edənləri cəzalandırmırlar. Onu da qeyd edim ki, mən-Şamaxı rayonunun Göylər kəndindən bələdiyyə üzvülüyünə namizədəm...

"Dairə sədri ilə ƏƏSM şöbə sədrinin kirvəliyi”

Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xəlilov hələ seçkilərdən 1 ay öncə deyirdi ki, pulumuzu vermişik, bizim adam seçilməlidir. Seçki günü bir neçə adamın 2 məntəqədə səs verməsi də aşkarlandı. İxtiyar Xəlilovun qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon şöbəsinin sədridir, bu işlərdə onun birbaşa əli var. Çünki 85 saylı dairənin sədri Hüseyn Rəcəbovla el dili ilə desək, kirvədirlər. Ən dəhşətlisi budur ki, seçkinin sonunda İ.Xəlilov rayon polisinin bir neçə əməkdaşını Göylər kəndinə gətirtdirərək bülletenləri qaçırdılar, dairədə isə istədikləri şəxslərin xeyrinə bülletenlərin sayını artırmışdılar. Amma nədənsə hələ də bu qanun pozuntusuna dövlət qurumları goz yumur. Açıq deyirlər, o insanların pulu var deyə, biz kasıb vətəndaşların haqları pozulmalıdır?
23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində Şamaxı rayon 85 saylı seçki dairəsinin 20, 21, 22 saylı məntəqlərində olan qanun pozuntularının həddi yoxdur... İnanılmaz haldır ki, 85 saylı seçki dairəsinin sədri Huseyn Rəcəbovun arxasında hansı qüvvə durduğunu hələ də açıqlamırlar. Göylər kənd icra nümayəndəsi Ixtiyar Xəlilov hələ seçkilərdən 1 ay öncədən deyirdi ki, kənd camaatı səs versə də, verməsə də pulumuzu vermişik, öz adamlarımız seçiləcək. Qoy cənab Prezidentimizin diqqətinə çatdırılsın ki, bələdiyyə seçkiləri pulladırsa, onda seçkiləri keçirmək nəyə lazımdır? Biz neyləyək ki, pulumuz yoxdur, axı biz də Azərbaycan vətəndaşıyıq, ürəyimiz bu vətən üçün döyünür. Mən də YAP-ın üzvüyəm, Azərbaycan Respublikasının idman ustasıyam, axı bizim şüarımız da var: "Sağlam bədəndə sağlam ruh olar!”. Təsəvvür edirsinizmi, seçki günü bir neçə adamın 2 məntəqədə səs verməsini aşkarladıq, amma... Onu da diqqətinizə çatdırım ki, 21 saylı məntəqənin sədrinin həyat yoldaşı Seyfəddin Qəniyev və kənd icra nümayəndəsinin müavini Fariz Məhmərzayevin məntəqənin qapısının yanında dayanaraq təbliğat aparırdılar ki, köhnə bələdiyyə sədri Nəbi Nəbiyevə və onun dəstəsinə səs verin. Biz gün ərzində dəfələrlə MSK-nın qaynar xətti olan 115 nomrəsinə müraciət etdik, qeydə aldılar, amma nədənsə heç bir tədbir görmədilər.

"QBüllitenləri üstünə "Əmək müfəttişliyi” sözləri yazılan maşınla qaşırdılar”

Seçki basa çatan kimi isə məntəqə sədrlərinə biz 6 namizəd və 15 müşahidəçinin istirakı ilə qanunda göstərilən kimi sayılıb protokol verilməsini tələb etdik. Amma məntəqələrə polis dəstələri gəldi, bülletenləri 85 saylı dairəyə zor yolu ilə qaçırdılar. Gələn polislərin içərisində rütbəli polis işçiləri də var idi. Qoy nazir cənabları bilsin ki, hələ bunlar azmış kimi, kənd icra nümayəndəsinin qardaşı, yuxarıda dedim, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon şöbəsinin müdiri Tərlan Xəlilov da öz xidməti maşını olan 56-AA-092 dövlət nömrə nişanlı, üstünə "Əmək müfəttişliyi” sözləri yazılan maşınla bülletenləri yiğaraq polislərlə birlikdə qaçırdı. Buna nə ad verək??? Bizim əlimizdə foto-dəlillər, konkret faktlar var. ALLAH böyükdür, hər şeyə şahiddir. Xahiş edirik, dövlət qurumları bu qanun pozuntuları ilə ciddi maraqlansınlar.
Sonda: biz şikayəti etmişik, MSK-nın sədri Məzahir Pənahovun da qəbulunda olmuşuq. Aparatda qabul şöbəsində də olduq, cənab Prezidentə ərizə də yazdıq, BMT-yə, ATƏT-ə teleqram vurduq, amma nədənsə hələ də susurlar. Mən YAP üzvüyəm, YAP-a inanıram. Əgər bu qanunsuzluqlara son qoyulmazsa mən və çox sayda partiya üzvü bu partiyadan imtina edib vəsiqələrimizi təhvil verəcəyik..

Redaksiyadan: Ümumiyyətlə Şamaxıda bələdiyyə seçkilərində baş verən saxtakarlıqlarda Şamaxı rayon İH başçısının birinci müavini Qasım Qasımovun müstəsna rolu olduğunu nəzərə alaraq növbəti sayımızda onun haqqında geniş məlumat verəcəyik.