backend

İyunun 30-da bir çox internet-saytları işləməyəcəklər

İyunun 30-da bir çox internet-saytları işləməyəcəklər























Dünyada son belə hadisə 2012-ci ildə müşahidə olunub

Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service - IERS) iyunun 30-u 2015-ci ildə saat 23:59:59-da əlavə saniyə əlavə etmək barədə qərar qəbul edib. Bu yenilik bir sıra internet resurslarının, əlavə və əməliyyat sistemlərinin işində fasilələr yarada bilər.

qaynarxett.az xəbər verir ki, bu barədə oxu.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Əlavə saniyə artıq 2012-ci ildə əlavə olunub. Bu, çoxlu xidmətlərin və internet saytlarının, o cümlədən “Reddit” və “LinkedIn” şəbəkələrinin fəaliyyətində problemlər yaradıb. Həmçinin aeroportların dispetçer xidmətlərinin və aviabiletlərin sifarişi üzrə servislərin işində fasilələrin yaranması qeydə alınıb.

Qeyd edək ki, bu ildə oxşar hadisələrin təkrar olunacağı istisna edilmir. Sosial şəbəkələr, bilet sifarişi və digər servislərin işi dayana bilər. Bundan başqa, ekspertlər “MySQL” serverlərinin, “Java”, “Linux” və s. platformaların işində problemlərin yarana biləcəyini ehtimal edirlər. Onların belə qənaətə gəlməsinə səbəb isə bu sistemlərin əlavə vaxt üçün hesablanmamasındadır.

Xatırladaq ki, “Saniyə koordinasiyası” dünya üzrə koordinasiya edilmiş vaxta onun “UT1” Günəş şkalası ilə uyğunlaşdırılması üçün əlavə olunan əlavə saniyədir.