backend

Daha bir yüksək vəzifəli azərbaycanlı hədəfə götürüldü - (Eksklüziv)

Daha bir yüksək vəzifəli azərbaycanlı hədəfə götürüldü - (Eksklüziv)

















Dağıstanda daha bir yüksək vəzifəli azərbaycanlı istintaqa cəlb edilib

qaynarxett.az xəbər veri ki, virtualaz.org saytının Mahaçqaladakı xüsusi müxbiri xəbər verir ki, Dağıstanın istintaq orqanları Dərbənd şəhər administrasiyasının torpaq və əmlak məsələləri idarəsinin rəisi Kamil Seyidovun fəaliyyəti ilə maraqlanır.

Məlumata görə, Seyidov istintaq tərəfindən dindirilib və ehtimal olunur ki, onun ifadəsinin alınması Dərbəndin yubileyinə hazırlıqlarla bağlıdır.

Ancaq bəzi mənbələr deyir ki, yüksək vəzifə tutmasına baxmayaraq Kamil Seyidov Dərbəndin keçmiş meri Qurban Qurbanovun vəzifədən uzaqlaşdırılmasından sonra faktiki olaraq işlərdən kənarlaşdırılmışdı və bütün məsələləri indiki mer İmam Yarəliyevin yaxın qohumu həll edirdi.

Daha bir yüksək vəzifəli azərbaycanlı hədəfə götürüldü - (Eksklüziv)




















Xatırladaq ki, uzun illərdir Dərbənd meri olan Qurban Qurbanov ötən il vəzifəsindən uzaqlaşdırılıb, daha sonra həbs edilib və bir müddətdən sonra ev dustaqlığına buraxılıb. Qurbanovun vəzifədən uzaqlaşdırılmasından sonra Dərbənddə gərginlik hökm sürür.

K.Seyidov da Q.Qurbanova yaxın adam hesab edilir. Onun istintaqa cəlb edilməsi azərbaycanlıların dövlət vəzifələrindən təmizlənməsi kampaniyasının bir hissəsi hesab oluna bilər.

Bu günlərdə Dərbənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinə qarşı vandalizm aktı törədilib. Həmçinin azərbaycanlıların müqəddəs ziyarətgahı dağıdılıb.