backend

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO




























Dövlət başçısı bir sıra görüşlər keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olundu, digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

lham Əliyev yanvarın 20-də Berlində həmçinin Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşünün önəmi qeyd edildi. Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, parlamentlərarası əlaqələrin bu prosesə mühüm töhfə verdiyi bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüş iştirakçılarına ətraflı məlumat verdi. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olundu. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulandı.

19:57

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Berlinin Tegel Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO

İlham Əliyev Almaniyadadır – YENİLƏNİB + FOTO