backend

Berezinskaya Yelena Lvovnaya: “Bu qədər özbaşınalıq, mənəm-mənəmlik qanunsuzluq olarmı?” - FOTO

Berezinskaya Yelena Lvovnaya:  “Bu qədər özbaşınalıq, mənəm-mənəmlik qanunsuzluq olarmı?” - FOTO



















Redaksiyamıza Bakı şəhər Nəsimi rayonunun Nizami küçəsi 77 saylı evin 90 saylı mənzilinin eyvanında yaşayan Berezinskaya Yelena Lvovnaya tərəfindən şikayət ərizəsi daxil olmuşdur

Şikayətçi yazır: “Mən Yelena Berezinskaya Lvovna 1945-ci il təvəllüdlü Bakı şəhər Nəsimi rayonunun Nizami küçəsi ev №77, mənzil 90 ünvanında 2 otaqlı 39.5 kv.m olan mənzildə həyat yoldaşım Yuri Voznyak və oğlum Lev Yuriyeviç Voznyak ilə qeydiyyatda olaraq yaşamışıq.
1990-cı ildə Nəsimi rayon İcraiyyə Komitəsinin 16.02.1990-cı il tarixli 127 №-li sərəncamına əsasən mənzil bölünərək 20.5 kv.m olan otaq mənə və oğluma, 19.0 kv.m olan 1 otaq isə yoldaşım Yuri Vznyaka verilib. 5 aydan sonra 09.08.1990-cı ildə həyat yoldaşım qeydiyyatdan çıxıb və 05.12.1990-cı il tarixdə R.İ.K-nə evin boşaldılması haqqında 23 №-li bildiriş verilib. Nəsimi rayon İcra hakimiyyətinin 13 yanvar 1993-cü il tarixli 29/17 saylı sərəncamı ilə həyat yoldaşım qeydiyyatdan çıxdığından, onun yaşadığı vahid mənzilin tərkib hissəsi olan otağa dair mənim ilə kirayə müqaviləsi bağlanılıb. Mən həmin otağın kirəyəçisi hesab edilirdim. Mənim ərizəm əsasında Nəsimi R.İ.H.-nın 16 Aprel 1993-cü il tarixli 410/25 saylı sərəncamı ilə həmin Nizami küçəsi 77 saylı evin 88 saylı mənzili Kutumovun istifadəsində olmuş, sonradan boşaldılaraq məhdud komunal şəraitli bir otağı 21.06. kv.m mənim istifadəmə verilmişdir.
Beləliklə mənim istifadəmdə 90 №-li mənzil 3 otqdan ibarət olmuşdur. 27.05.1997-ci ildə “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq, mənzil mənim tərəfimdən qanuni əsaslarla özəlləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyətinin texniki inventarlaşdırma və mülkiyyət qanunlarının qeydiyyatı idarəsində xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş və bu barədə 715 №-li reyestr kitabında 107397 №-li səhifəsində 27.05.1997-ci il tarixdə qeydiyyat aparılmış M.H. 075934 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası əmlak məsələləri dövlət komitəsi yanında, daşınmaz əmlakın dövlət reyestr xidmətinin Bakı ərazi idarəsindən R.X. seriyalı 0032768 saylı 02.08.2012-ci il tarixli çıxarış da almışam. Mülkiyyət hüququm 1696 №-li reyestr kitabında 155717 №-li vərəqədə qeydiyyata alınmışdır.
Oğlum Lev Voznyak əlil olduğuna görə psixoloji xəstəxanada müalicə alırdı. Mən ona qulluq etmək üçün yanında qalırdım. 02.08.2011-ci ildə oğlum Lev Voznyak dünyasını dəyişdi. Həmin ərəfədə mənim başım qarışıq oldu. Tək-tənha hüzn içərisində yaşayırdım. Qonşum Əskinaz Abbasova və ailə üzvləri bundan istifadə edərək, mülkümü əlimdən almağa çalışırdılar. Məni dəfələrlə təhqir edib, döyüb, söyüb evimdən qovurdular. Məni dəlixanaya da yerləşdirmək istəyirdilər. Hətta məni öldürməkdən belə çəkinmirdilər. Qorxudan hələ də boynumda gəzdirdiyim xəbərdaredici fiti səs gələn kimi çalırdım ki, qonşular harayıma gəlib mənə kömək etsinlər.
Hər gün evimə qayıdarkən gördüm ki, evimin qonşuya birləşik olan 19 kv.m otağımın əşyalarını qonşum Abbasova Əskinaz, Nəsimi rayon 48 saylı MİS-nin əməkdaşları və rəisi Qədir Abbasovun iştirakı ilə çıxarıb dəhlizə yığıblar. Mən qonşum Əskinazdan soruşdum ki, əşyalarımı niyə dəhlizə yığmısınız? O, mənə dedi ki, bu otağı ərin Voznyak bizə verib. Mən ona qarşı çıxdım və ona başa saldım ki, mənzil şəxsi mülkiyyət olaraq mənimdir. Kiminsə mənim evimi zəbt etməyə haqqı yoxdur. Bu qədər haqsızlıq olar? Allahdan, dövlətdən qorxmursan? Nəhayət mənə məlum oldu ki, 06.09.2012-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin 232 №-li sərəncamına əsasən otağımın biri Abbasova Əskinaz Seyid qızına əlavə otaq kimi verilib. O, isə özbaşınalıq edərək 3 otaqdan ibarət olan mənzilimi qanunsuz olaraq zəbt edib, qapısına da qıfıl vurdu. Bu qədər özbaşınalıq, mənəm-mənəmlik qanunsuzluq olarmı? Dövlətə-dövlətçiliyə, insana-insanlığa qarşı çıxıb, dövlət qanunlarını, haqqı-ədaləti bu dərəcədə tapdalamaq olarmı?
Mən bu sərəncamın qeyri qanuni və əsassız olması haqqında məhkəmlərə müraciət etmişəm. İddiama 1saylı İnzibati İqtisadi məhkəmədə hakim Müseyib Bayramov və Apellyasiya məhkəməsinin hakimi Elmira Nağıyeva, Ali məhkəmənin inzibati iqtisadi məhkəməsində hakim Sevda Hüseynova və Bakı Apellyasiya məhkəməsində isə iqtisadi kollegiyanın hakimi Yusifov Cahangir Afər oğlu baxaraq qanunsuz qərarlar çıxarmışlar. Mən onların qanunsuz qərarlarına etirazımı bildirsəm də, heç bir nəticəsi olmamışdır. Mən yenidən dəlil, sübutlar toplayıb, qanuna uyğun olaraq 1 saylı inzibati iqtisadi məhkəməyə müraciət etdim. Hakim Fəqan Əhmədovun sədrliyi ilə keçən prosesdə qətnamə şifahi olaraq əleyhimə oxundu. Haqlı olduğumu yetərincə, dəlillərlə sübut etməyimə baxmayaraq yenə də heç bir əsas olmadan hakim qarşı tərəfin xeyrinə işləyib haqsızlıq etdi. Nəzərinizə çatdırıram ki, Abbasova Əskinaz Seyid qızı və onun Apellyasiya məhkəməsində hakim vəzifəsində çalışan bacısı Seyidova Səriyyə Seyid qızının qanunsuz əməlləri nəticəsində, Azərbaycan Respublikasının adından qərar qəbul edən başqa hakimlər də, gördüyünüz kimi bilərəkdən qanunları pozaraq, Ulu Öndərimizin çox böyk zəhməti sayəsində qurulan müstəqil Azərbaycan dövlətinin əleyhinə işləyib, adına ləkə gətirirlər. Bəs görəsən bu dırnaqarası məmurlar hansı xalqa, hansı dövlətə xidmət edirlər? Şəxsi mənafei dövlətin mənafeindən bu qədər üstün tutan belə hakimlərin səmimiyyətinə necə inanmaq olar?Axı cənab prezidentimiz İlham Əliyev hər bir Azərbaycan vətəndaşı kimi mənim də hüquqlarımın qorunmasının təminatçısıdır. Məni mülkiyyət hüququmdan tam məhrum etmək üçün, məhkəmələrin verdiyi qərarların əsassız, özbaşına və hüquq normalarına zidd olduğunu əsaslandıraraq, hüquqlarımı bərpa etmək üçün Ali məhkəməyə müraciət etmişəm. İşimə Kəmaləddin Bədəlov baxacaq. Hər bir halda hakimin ədalətli qərar çıxaracağına inanıram. Çünki, bəzi dırnaq arası məmurların bu çirkin əməlləri Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına da gətirib çıxara bilər. Bəlkə də bu qanunsuz əməllər doğurdan da cənab prezidentimiz İlham Əliyevə qarşı hazırlamış xüsusi bir təxribatdır?
Odur ki,Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla , kimsəsiz, yaşlı bir rus millətindən olan Azərbaycan vətəndaşı kimi, pozulmuş hüquqlarımın bərpası üçün mənə lazımı kömək göstərməyinizi sizdən xahiş edirəm.

Brezinskaya Yelena Lvovnaya”

15.01.2015

Mörvunu diqqət mərkəzində saxlayacağıq.


Berezinskaya Yelena Lvovnaya:  “Bu qədər özbaşınalıq, mənəm-mənəmlik qanunsuzluq olarmı?” - FOTO