backend

Müsəlman din xadimi: Selfi haramdır!

Müsəlman din xadimi: Selfi haramdır!
























“Biz günahlardan ən pisinə məruz qalmışıq”

Müsəlman din xadimi selfi çəkdirməyi günah elan edərək, bunun özündənrazılıq əlaməti olduğunu bildirib.

qaynarxett.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Tanınmış indoneziyalı din xadimi Feliks Siau (İndoneziya əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsidir – red.) öz Twitter səhifəsində selfi çəkdirməməyə səsləyən bir sıra qeydlər edib.

O, xüsusilə də müsəlman qadınların çəkdirdikləri şəkilləri pisləyərək, onları “natəmiz” adlandırıb.

Onun sözlərinə görə, selfi müəlliflərinin sosial tanınmaya ehtiyacları var və bu şəkillər onlara özlərini başqalarından yaxşı hiss etməkdə kömək olur.

“Biz günahlardan ən pisinə - özündənrazılığa məruz qalmışıq”, - deyə, o, bildirib.

Onun bu bəyanatına cavab olaraq, yüzlərlə sosial şəbəkə istifadəçisi #Selfie4Siauw heşteqi ilə selfilər paylaşıblar.