backend

Bir ildir gizlənən baş nazir sensasion kitabla üzə çıxdı: “Bayden Yanukoviçi hədələdi”

Bir ildir gizlənən baş nazir sensasion kitabla üzə çıxdı: “Bayden Yanukoviçi hədələdi”














Ukraynanın keçmiş baş naziri, bir ildən çoxdur gizlənən və harada olduğu son vaxtlara qədər dəqiq məlum olmayan Nikolay Azarov Moskvada üzə çıxıb. Özü də Ukraynada Yanukoviçin hakimiyyətinin ABŞ və Avropa İttifaqı tərəfindən necə devrilməsindən bəhs edən kitabla...

Virtualaz.org saytı xəbər verir ki, Nikolay Azarov gizləndiyi bu bir il ərzində “Ukrayna yol ayrıcında” adlı kitab üzərində işləyirmiş və o, sabah - fevralın 5-də Moskvada kitabının təqdimat mərasimini keçirəcək.

Bir ildir gizlənən baş nazir sensasion kitabla üzə çıxdı: “Bayden Yanukoviçi hədələdi”






















“Komsomolskaya pravda” keçmiş baş nazirin icazəsi ilə kitabdan seçmələri dərc edib. Məqalədə bildirilir ki, Yanukoviç ötən ilin yanvarında amerikalıların tələbi ilə Azarovu istefaya göndərib, o vaxtdan etibarən keçmiş baş nazir fiziki məhvindən qorxaraq Ukraynanı tərk edib. Onun Avstriyada gizləndiyinə dair məlumatlar var idi.

N.Azarov kitabında yazır ki, 2013-cü ilin mayında Rusiya, Ukrayna, Qazaxıstan və Belarus prezidentlərinin görüşündə Ukraynaya Gömrük İttifaqında müşahidəçi statusunun verilməsinə dair mühüm qərar qəbul olundu.

“Biz bəyan etdik ki, Gömrük İttifaqına müəyyən şərtlərlə qoşula bilərik. Avropa Komissiyası isə dərhal qışqırdı: “Ukraynanın Gömrük İttifaqına üzvlüyü onun Avropaya yolunu bağlayır”” - Azarov yazır.

“2013-cü il yayın sonlarında biz Rusiya baş naziri Dmitri Medvedyevlə “beyin qasırğası” təşkil etdik. Məlum oldu ki, Ukraynanın Avropa İttifaqı ilə azad ticarət razılaşması Rusiyaya ciddi iqtisadi ziyan vuracaq. Bu vəziyyətdən çıxış yolu kimi Avropa Komissiyasının iştirakı ilə üçtərəfli danışıqlara başlamaq təklif olundu. Əgər biz bu danışıqlara başlasaydıq, vəziyyət indiki kimi acınacaqlı olmazdı”- deyə keçmiş baş nazir bildirir.

N.Azarov yazır ki, Ukrayna hakimiyyəti bütün riskləri hesablayaraq 2013-cü il, noyabrın 21-də məlum qərarı verdi - ölkənin Avropa İttifaqı (Aİ) ilə azad ticarət razılaşması imzalamasını təxirə saldı.

Elə həmin gün axşam Kiyevin Avropa meydanında bir qrup tələbə çadır qurdu və prezidentdən Aİ ilə azad ticarət razılaşması imzalamağı tələb etdi. Tələbələrə elə gəlirdi ki, bu razılaşmanın imzalanmasından sonra Ukraynaya Aİ ilə vizasız rejim veriləcək, ölkə Aİ-nin üzvü olacaq.

“Ancaq məsələ qətiyyən belə deyildi və təşkilatçılar bunu tələbələrdən gizlədirdi”-Azarov yazır.

Kitabda deyilir ki, Ukraynadakı çevrilişdə tətik basılması noyabrın 29-dan 30-na keçən gecə çəkildi. Həmin gecə Kiyevin Müstəqillik meydanında çox az mitinqçi qalmışdı. Kiyev meriyası bundan istifadə edərək meydanı təmizləməyə və orada Yeni il şam ağacı qurmağa qərar verdi.

“Meydanda asayişi adi patrul milisi qoruyurdu. Gözlənilmədən gecə yarısı meydana teleoperatorlar briqadası gəldi, onlar projektorlarını yandırıb çəkilişə hazır vəziyyətdə gözləyirdilər. Tezliklə “Ukrayna” oteli tərəfdən yüzə yaxın gənc, əsasən futbol fanatları armaturla, dəyənəklə silahlanıb meydana daxil oldular. Onlar patrul milisini döyməyə başladılar. 30 milis yaralandı. Həmin məqamda meydana xüsusi təyinatlı “Berkut” dəstəsi daxil oldu, təxribatçılar qaçdılar, geridə qalanlar isə döyüldü.

Teleoperatorlar dərhal sındırılmış burunları, qana bulaşmış sifətləri çəkdilər. Bu mənzərə efirə verildi. Tam məsuliyyətimlə deyirəm ki, Ukrayna rəhbərliyindən heç kim bu hərəkətə icazə verməmişdi. Çünki biz meydanda baş verənlərdən səhər saat 9-a yaxın xəbər tutduq. Aydın oldi ki, biz qorxunc təxribatla üz-üzəyik”- kitabda deyilir.

N.Azarov dekabrın 1-dən 10-na qədər olan müddətin çevrilişin ən ağır fazası olduğunu yazır. Kitabda deyilir ki, meydana toplaşanlar bir qədər də dözsələr, hakimiyyəti ələ keçirəcəklərinə inanırdılar. Prezident Yanukoviç isə Qərb liderlərinin çoxsaylı telefon zəngləri qarşısında iflic olmuşdu, qəti qərarlar verə bilmirdi.

“Həmin vaxt Kiyev meriyasının binası, Həmkarlar İttifaqı nümayişçilər tərəfindən tutulmuşdu, hökumət binası və Ali Rada mühasirəyə alınmışdı. Mən dolayısı yollarla Hökumət binasına girə bildim... Mənim kabinetimin pəncərəsindən silahlı nümayişçilər aydın görünürdü və aydın oldu ki, onların hakimiyyətə qarşı silah işlətməsi an məsələsidir”- deyə N.Azarov yazır.

Bir ildir gizlənən baş nazir sensasion kitabla üzə çıxdı: “Bayden Yanukoviçi hədələdi”





















Keçmiş baş nazir dekabrın 9-dan 10-na keçən gecə nümayişçiləri dağıtmaq və hökumət binalarını mühasirədən azad etmək üçün xüsusi təyinatlıların əməliyyat keçirdiyini, bunun çevrilişin qarşısını almaq üçün atılan yeganə fəal addım olduğunu yazır: “Ancaq zəncir dərhal işə düşdü: Amerika səfirliyi-Cozef Bayden-prezident Yanukoviç zənciri. Baydenin hədələrindən sonra Yanukoviç əməliyyatı dayandırmaq əmri verdi. Aydın oldu ki, prosesə ABŞ rəhbərlik edir. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevə uçdu, yaraqlılar isə bütün perimetrlər üzrə barrikadalar qurur, silahlanırdılar”.

N.Azarov yazır ki, müxalifətçilərin fəaliyyətini ABŞ-ın Kiyevdəki səfirliyinin məsul şəxsləri koordinasiya edirdi. Müxalifətçilər hər gün işə gedirmiş kimi ABŞ səfirliyinə gedir, həmin məsul şəxslərlə görüşür, oradan Yanukoviçlə danışıqlara gəlir və geri qayıdıb danışıqların nəticəsini səfirliyə məruzə edirdilər.

Nəhayət, yanvarın ortalarında ilk cəsədlər yaranır. Avropa meydanındakı barrikadalardan birinə iki cəsəd atırlar.

N.Azarov yazır ki, onların hər ikisi naməlum şəraitdə odlu silahdan arxadan vurularaq öldürülmüşdü: “Biri Belarus vətəndaşı idi, digəri Qarabağdan olan erməni idi. Onlar Kiyevdə nə edirdi, nə işə məşğul olurdu - bu, heç kimi maraqlandırmadı. KİV-lər, Qərb diplomatları bir ağızdan bu qətllərə görə Yanukoviçi günahlandırmağa başladılar”.

N.Azarov kitabında Viktoriya Nulandın ona ABŞ-ın şərtini necə çatdırmasını da yazır. Bildirir ki, Nuland açıq şəkildə Arseni Yasenyukun baş nazir təyin edilməsini tələb edirdi. Belə vəziyyətdə Yanukoviç ABŞ-ın şərtinə razılaşır və Azarovu istefaya göndərərək Yasenyukun baş nazirliyə namizədliyini irəli sürür.

“Mən sadəlövhcəsinə ümid edirdim ki, bununla münaqişə dayanacaq. Ancaq bu, baş vermədi. Məlum oldu ki, mənim istefam çevrilişin həyata keçirilməsi üçün ilk addım idi”- deyə Azarov yazır.

Keçmiş baş nazir yanvarın sonlarına doğru Kiyevdə nümayişçilərin snayperlər tərəfindən güllələnməsini də təxribatçıların işi adlandırır. Onun yazdığına görə, müxalifətçilərin nəzarətində olan binaların damından atış açan snayperlər həm milisləri, həm nümayişçiləri qətlə yetirirdi. Günah isə Yanukoviçin üzərinə atılırdı.

“Ancaq Yanukoviçi yaxşı tanıyan biri kimi əminliklə deyirəm ki, nümayişçilərə atəş açılması əmrini o, heç vaxt verə bilməzdi. Hətta ətrafından kimsə onu bu addıma təhrik etsə də Yanukoviçin xarakteri belə qəti qərar verməyə imkan vermirdi”- Azarov yazır.

Keçmiş baş nazir istefa verdikdən sonra ailəsinin və özünün təhlükəsizliyini təmin etmək üçün ölkədən qaçmalı olduğunu yazıb.

Kitabda deyilir ki, Azarovun arvadının getdiyi maşın avtomatlardan atəşə tutulub: “Gözləmək olardı ki, avtomat güllələri mənə də hazırlanır. Oğlumun yaşadığı evə yandırıcı maye dolu şüşə atdılar. Bir sözlə, təhdidlər tamamilə real idi və mən qaçmaqdan başqa ayrı yol görmədim”.