backend

Ruslardan dünyanı dəhşətə gətirəcək yeni – Tank

Ruslardan dünyanı dəhşətə gətirəcək yeni – Tank

















Rusiya Müdafiə Nazirliyi ordunu fevral ayından etibarən ən yeni platformada istehsal olunan “Armata” tankları ilə təmin edəcək

qaynarxett.az axar.az-a istinadən xəbər verir ki, yeni nəsil tanklar ilk dəfə Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş paradda nümayiş olunacaq.

Rusiya Hərbi-Sənaye Komissiyasının sədr müavini Oleq Boçkaryov tankların paradda nümayişindən sonra hissə-hissə ordunun ixtiyarına veriləcəyini deyib.

“Armata” tankının üzərində quraşdırılmış yeni 125 mm-lik topdan həm adi mərmilərlə, həm də idarəolunan raketlərlə atəş açmaq olur. Bundan əvvəlki tanklar 1 metr qalınlığındakı zirehi iki kilometrdən dağıda bilirdilərsə, “Armata”nın idarəolunan raketləri bunu 5-7 kilometrdən bacarır. Bundan başqa tankda 7.62 mm-lik snayper və iriçaplı zenit pulemyotu da var.

Tank eyni anda 100 kilometr radiusda 40 yerüstü və 25 hava hədəfləri ilə mübarizə aparmaq qabiliyyətinə malikdir.

“Armata” Rusiya Quru Qoşunlarının universal zərbə maşını olacaq. O taktiki raket komplekslərini, hava hücumundan müdafiə, ordu kəşfiyyatını özündə birləşdirir.

Tankın ən böyük üstünlüklərindən biri də maşın sınan zaman heyətin və ya təmir briqadasının onu təmir etməsinə ehtiyacın olmamasıdır. Tankda “ağıllı elektronika” var.

Burada həmçinin, düşmən tərəfindən atılan raket, mərmi və reaktiv qumbaraları tuta bilən radar mövcuddur. Bu zaman müdafiə sursatları işə düşür və 15-20 metrlikdə zərbəni dəf edir.

Ekspertlər hesab edir ki, özünün mükəmməlliyinə görə, “Armata” bütün dünyanı heyrətə gətirəcək.

“Armata”ların kütləvi istehsalına 2017-2018-ci illərdə başlanılacaq.