backend

Şamaxıda Orucəli Hacıyev “sindrom”u

Şamaxıda Orucəli Hacıyev “sindrom”u

















Ayı ovunu nazir müavini özü sifariş veribmiş

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Cövdət Nərimanov kimdir?


Bələdiyyə seçkilərindən ay yarımdan artıq bir müddət keçməsinə baxmayaraq seçkilərdəki görünməmiş saxtakarlıqlar, hoqqabazlıqlar Şamaxı əhalisinin ən çox önəm verdiyi məsələdir. Şamaxı rayon İHB Asif Ağayevin və onun birinci müavini Qasım Qasımovun ayrı-ayrı kəndlərdə seçkilərə birbaşa müdaxiləsi, hətta polis zorakılığı ilə seçkilərin keçirilməsi əhalinin böyük narazılığına səbəb olmuşdur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Şamaxı rayonunun Avaxıl kəndində seçkilərin kobud qanun pozuntuları ilə keçməsinin xüsusi özəllikləri vardır. Belə ki, burada Qasım Qasımov seçkiyə birbaşa müdaxiləni yaxın qohumları, ayı ovu ilə əlaqədar çəkilmiş məşhur süjetdə adları hallandırılan Avaxıl kənd icra nümayəndəsi Alik Dünyamalıyev və AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Cövdət Nərimanovun əli ilə etmişdir. Tərcümeyi-halları saxtakarlıqlarla dolu olan bu adamlar barədə isə geniş danışmağa ehtiyac var. Belə ki, Alik Dünyamalıyev hərbi xidmətə yararsız adı altında bir gün də olsun, hərbi qulluq keçmədən, qohumu Q.Qasımovun sayəsində əvvəlcə rayon İH-də məsləhətçi, sonra isə Avaxıl kənd icra nümayəndəsi vəzifələrinə təyin olunmuşdur. İstər-istəməz belə bir sual ortalığa çıxır: necə olur ki, hərbi xidmətdə olmayan belə bir adam dövlət qulluğunda işə götürülür?!
Q.Qasımova arxalanaraq vəzifəsindən sui-istifadə edərək bələdiyyə seçkilərinə müdaxilə edən digər şəxs Cövdət Nərimanov isə cəbhə bölgəsinə getmədən, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmədən (deyilənə görə, onun hərbi xidməti Bakı şəhərinin yaxınlığında keçmişdir.) müharibə veteranı adı almışdır. Heç bir ali məktəbdə oxumayan C.Nərimanov saxta diploma yiyələnərək vəzifə sahibi olmuşdur. İxtisası ibtidai sinif müəllimidir. Rəsədxanaya direktor müavini təyin olunmazdan əvvəl Avaxıl kənd icra nümayəndəsi kimi Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevlə münasibətlər qurmuş və məhz onun köməyi sayəsində rəsədxana kimi mühüm dövlət əhəmiyyətli bir elmi idarəyə direktor müavini vəzifəsinə işə götürülmüşdür. Orucəli Hacıyev isə rayon icra başçılarının “xeyir-duası” ilə Avaxıl kəndində hektarlarla torpaq alaraq özü üçün otel və villa tikdirib.
C.Nərimanov rəsədxanaya direktor müavini təyin edildikdən az sonra istismardan çıxmış su borularını atasının əli ilə mənimsəmişdir. Öz havadarlarına arxalanaraq rəsədxananın girişində müşahidələrə mane olan bir obyekt – restoran tikdirmişdir. C.Nərimanovun 2005-ci ilin parlament seçkilərində Rəsul Quliyevin vaxtilə rəhbərlik etdiyi partiyanın – ADP-nin namizədini müdafiə etməsi haqqında səhih məlumatlar vardır.
Qaynar.tv-nin ayı ovu ilə əlaqədar video-süjeti sosial şəbəkələrdə və internetdə böyük rezonans doğurandan sonra C.Nərimanov öz himayədarlarının sayəsində rəsədxana rəhbərliyindən və Şamaxı rayon İH-dən müsbət xasiyyətnamə alıb aidiyyatı orqanlara təqdim etməklə necə deyərlər, “sudan quru çıxmağa” çalışmışdır. Yeri gəlmişkən. “Qırmızı Kitab”a düşmüş nadir bir heyvan olan qonur ayının ovlanması ilə əlaqədar çəkilmiş video Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova, Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırova, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə və AMEA-nın prezidenti cənab Akif Əlizadəyə rəsmi olaraq göndərilmişdir. Lakin təəssüflər olsun ki, bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ ki, heç bir tədbir görülməmişdir. Əksinə, məhz nazir müavini Orucəli Hacıyevin müdaxiləsi nəticəsində sözügedən videosüjet sosial şəbəkələrədən yığışdırılmış, bu işlə əlaqədar Şamaxı rayon polis şöbəsində başlanan təhqiqat işi qapadılmışdır. Hətta, camaat arasında belə bir söhbət yayılıb ki, ayı ovunu nazir müavini özü sifariş veribmiş. Və ovlanmış ayının əti ona çatdırılmışdır.
İnanmaq istərdik ki, tezliklə qaldırdığımız məsələlərə lap yuxarı səviyyədə reaksiya veriləcək, cənab prezidentin qətiyyətli mövqeyi nəticəsində məmurların qanunsuz əməllərinin qarşısı alınacaq, onların himayədarları öz layiqli cəzalarını alacaqlar.

Şamaxıda Orucəli Hacıyev “sindrom”u

Şamaxıda Orucəli Hacıyev “sindrom”u

Şamaxıda Orucəli Hacıyev “sindrom”u