backend

Sahibkar Cahangir Əliyevi İntihar sürükləyən səbəblər...? “Sea Breeze”-də gördüyüm işin pulunu ala bilmirəm"

Bakunews.az xəbər verir ki, redaksiyamıza müraciət edən və eyni zamanda Prezidentə müraciət edən vətəndaş Cahangir Əliyev intihara təhrik edildiyini bildirib. Belə ki, “Sea Breeze” istirahət məkanının genişləndirilməsi və orada aparılan tikinti işlərində podratçı olaraq fəaliyyətinin qarşılığında aldadılıb. Sibrizin sahibkarı tərəfindən vəsait ödənsədə digər rəsmi sənədlərlə podratçı statusu alan Ruhid adlı şəxs ona çatacaq pulları ödəməkdən boyun qaçırır deyə iddia edib.



- Cahangirin 185.000 manat alacağı podratçı Ruhid tərəfindən niyə verilmir?


C.Əliyev: Qeyd edir ki, uzun müddət “Sea Breeze” istirahət mərkəzində ərazinin istirahət məkanlarının tikintisi ilə əlaqədar işləmişəm. Şərik işlədiyim Ruhid adlı şəxs rəsmi podratçı olaraq müqavilənin imzalanması üçün şirkətinin adını təklif etdiyindən onunla şərik işə başladıq. Lakin bir müddət sonra Ruhid mənə çatmalı olan ödənişləri verməkdən imtina etdi. Bu gün bu iddialarımı əsaslandıracaq yetəri sayda maddi subutlarım olsada Bakı şəhər Sabunçu rayon Polis idarəsi və Bakı Şəhər Prokurorluğu etdiyim şikayətlərə baxmamaqda israrlıdır. Lakin, burdanda media vasitəsi ilə qeyd edirəm ki, dövlət qurumlarının laqeyd yanaşması, Ruhidin də məni hədələyərək hara gedirsən ged hər iki qurumda bu məsələyə yanaşacaq məmur tapa bilməyəcəksən ifadəsi onun həmin qurumlarda havadarının olduğunu bir daha subut edir. Məhs qeyd etdiyim orqanlara dəfələrlə müraciət etdim və Ruhidin dediyi kimidə oldu heçkəs Ruhidin əməlinə hüquqi qiymət vermək istəmir.


Redaksiyamıza Ruhid bildirib ki, Cahangir Əliyevi tanımır. Daha sonra şəxsin onun üzərinə lotu gətirdiyinin vurğuladı. Məhs adamı tanımadığınızı deyirsiz, daha sonrada üzərinizə lotu gətirdiyin bildirirsiz. Ruhid bəy, tanımadığınız şəxs üzərinizə necə lotu gətirib deyə soruşanda, Ruhid bəy onu Cahangirdən soruşun deyə cavab verdi. Biz dərhal məsələ ilə bağlı Cahangirlə əlaqə saxladıq, o, səsli olaraq qeyd etdi ki, Ruhidin dedikləri şər-böhtandır, mənə aid vəsaiti verməmək üçün şər-böhtan atır. Onunla görüşə apardığım insanların adlarını da, özlərini də yaxşı tanıyır. Həmin şəxslərdir ki, qabaqcadan onlardan borc pullar alaraq işçilərin nəqliyyat vasitələrinin yanacaqlarını təmin etmək məqsədi ilə onlardan borc alınmışdı. Ruhidə dəfələrlə onların borclarını ödənilməsini bildirsəm də pulları vermədiyindən və şəxslərdən pullarının kimdə olduğunu tələb etdikdə mən onları Ruhidlə görüşdürdüm. Ruhid isə onlara bəzi yüksək vəzifəli şəxslərin adını çəkməklə eyni mənimlə etmək istədiyi rəftarı etmək istədi. Lakin həmin şəxslərlə adı çəkilən şəxslərin qohumluq bağları Ruhidi susmağa vadar etdi. Cahangir qeyd edir ki, Ruhidin onu təhrik etdiyi əsas məsələ onun intiharına nail olmaqdır və son addım olaraq onu edəcəyinidə vurğuladı. Ruhidin “Ağ saçlının” qohumlarının və onun addından istifadə etməsi ilə bağlı məlumatlarında olduğu informasiyanın dəqiqləşdirilməsi yolunda araşdırmalarımızda davam edir. Məhs yüksək vəzifəli şəxsin adından 185.000 manatın mənimsənildiyi iddiası qarşısında Ruhid bəyin çox qəribə cavabı vardı. Redaksiya rəhbəri ilə danışığında o qeyd edir ki, əgər mən Prezident İlham Əliyevin adını halandırıramsa demək özümü müdafiə üçün bunu edirəm. Deyə fikir bildirdi.

P.S.
 Çox qəribə haldır ki, bu gün tanımadığımız şəxs barəsində sizə bir sual verildikdə tanımırsanız hansı fikri bildirə bilərsiniz. Lakin Ruhid bəy tanımadığı şəxsin onu Sabunçu rayon Polis idarəsinə və Bakı şəhər Prokurorluğuna şikayət etdiyinidə etiraf edir. Hətta onun üzərinə lotu gətirdiyini iddia edir. Bu gün yüksək vəzifəli şəxslərin yaxınları bizneslə məşğul olursa və sizə verdiyi borcunu geri istəyirsə bunun müasir adı üzərimə lotu gətirilib deyə ifadə edilir. Qeyd etməliyik ki, hələ Ulu Öndərin dövründən Azərbaycanda Kriminal aləmdə Lotu kimi tanınan şəxslərin Ölkədə qarşısı alınmış və qanunlar şah elan edilmişdir. Əgər Ruhid bəyin iddiası doğrudursa niyə mühafisə orqanlarına müraciət edərək üzərinə lotu gətirildiyi məsələsi ilə bağlı şikayət etməyib. Hamıyada məlumdur ki, bu cür əməllərə görə uzun illər həbs gözlədiyindən heç kəs qanunları tapdalayaraq bu tip əmələ imza atacaq qədər ağılsız ola bilməz. Bizə də maraqlı olduğundan dövlət qurumlarımızın bu və Cahangir Əliyevin iddiasında qeyd etdiyi vəzifəli şəxslərlə əlaqəsindən müəyyən olacaq məslələrlə bağlı növbəti yazımızda qeydlərimiz olacaqdır. Subyektiv fikrimizə görədə heç kəs inciməsin bizdən. İddia varsa buna qarşı düşüncələrdə fikir azadlığıda olacaqdır.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az