backend

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi






















Baş konsul narahatlıq ifadə edib

Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin Yekaterinburqdakı baş konsulu Sultan Qasımov məsələni Tomsk vilayəti qubernatorunun aparatı və Tomsk şəhər meri İvan Klyaynla müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib.

Həmçinin Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb.

Tomsk Dövlət Universitetinin rektoru Eduard Qalanjinskiy S. Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib, universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib.