backend

TƏBİB rəhbərindən qızılca ilə bağlı açıqlama

“Ölkənin səhiyyə müəssisələrində qızılca ilə bağlı tədbirlər həyata keçirilir. Vətəndaşların müraciətləri qeydə alınsa da, xəstə sayı ilə bağlı vəziyyət stabildir. Gərginliyə səbəb olacaq hal müşahidə olunmur”.

Turantv.az  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

“Xəstəxanalara, poliklinikalara qızılca ilə bağlı müraciətlər var. Həm stasionarda, həm də evdə müalicə alan xəstələrə ciddi nəzarət olunur ki, ağırlaşma, fəsad və ölüm hallarına rast gəlinməsin. Hazırda ölkədə epidemioloji durum stabildir”, – V.Qurbanov bildirib.