backend

Aralıq dənizində daha bir faciə: 330 ölü

Aralıq dənizində daha bir faciə: 330 ölü



















Qeyri-qanuni yollarla İtaliyaya getməyə cəhd göstərənlərdən yalnız 9 nəfəri sağ qalıb

İtaliyanın cənudundakı Lampedusa adası sahillərində faciə baş verib.

qaynarxett.az-nun Qafqazinfo-ya istinadən xəbər verir ki, Liviyadan Lampedusaya qaçaq immiqrant daşıyan 4 qayıq batıb. Hadisə zamanı 330 nəfər ölüb.

İtaliya Dəniz Qüvvələrindən verilən məlumata görə, qeyri-qanuni yollarla İtaliyaya getməyə cəhd göstərənlərdən yalnız 9 nəfəri sağ qalıb. Onların ticarət gəmilərində olan heyət tərəfindən xilas edildiyi bildirilir.