backend

SOCAR əhaliyə çağırış etdi: iş dəllalları ilə ehtiyatlı olun!

SOCAR əhaliyə çağırış etdi: iş dəllalları ilə ehtiyatlı olun!














Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edə bilər

“Report” xəbər verir ki, bunu SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətin jurnalistlər üçün təşkil etdiyi Qış Məktəbində çıxışı zamanı deyib.

A.Bəkirlinin sözlərinə görə, hazırda SOCAR-a işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan 15-ə qədər şəxs hüquq-mühafizə orqanlarına müraciət edib: “Dəllalların toruna düşənlər həm SOCAR-a, həm də hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Məndə olan məlumata görə, hardasa 12-15 müraciət hüquq mühafizə orqanlarında araşdırılır. Açığı deyim ki, biz belə müraciətlər barədə KİV-dən xəbər tuturuq”.