backend

Ermənilər Atatürkün heykəlinə icazə vermədi, türklər susdu

Ermənilər Atatürkün heykəlinə icazə vermədi, türklər susdu















ABŞ-ın Kaliforniya ştatında Mustafa Kamal Atatürkün abidəsinin qoyulmasının qarşısı alınıb

Buna erməni və yunan lobbilərinin birgə fəaliyyəti səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, Kaliforniyanın Karson Siti şəhər bələdiyyəsində uzun müddətdir aparılan müzakirələrin nəticəsi açıqlanıb. Bələdiyyə abidənin qoyulmasına icazə verməyib.

Atatürkə abidə qoyulacağından xəbərdar olan erməni təşkilatlarının 400-ə yaxın üzvü bələdiyyə binasının qarşısına toplaşıb.

Etirazçılar arasında Kaliforniyanın Qlendale şəhərinin bələdiyyə başçısı Zareh Sinanyan, Montebello bələdiyyəsinin başçısı Jak Hacıyan da olublar. Onlar abidənin qoyulmasına qarşı olduqlarını bildiriblər və bələdiyyəyə yazılı şəkildə müraciət ediblər. Abidənin qoyulmasının lehinə çıxış edənlər isə azlıq təşkil edib.

Nəticədə abidə qoyulması təklifini gündəmə gətirən Karson Siti bələdiyyə başçısı Cim Dear da səsvermə zamanı əvvəlki qərarını dəyişib. O da abidənin qoyulmasının əleyhinə səs verib.

Kaliforniyada yaşayan türklərin bu səsverməyə maraq göstərməməsi və baş verənləri sükutla qarşılaması diqqət çəkib.