backend

Putin bütün dünya ermənilərini məyus edə bilər

Putin bütün dünya ermənilərini məyus edə bilər























“Müvafiq elan edəcəyik”

Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsi üçün İrəvana səfəri məsələsinə hazırda baxılır.

Bu barədə qaynarxett.az İnterfaks-a istinadla xəbər verir.

Həmin gün Türkiyədə Çanaqqala döyüşünün 100 illiyi keçiriləcək və bu tədbirdə Rusiya yüksək səviyyədə təmsil olunacaq.

“Rusiya Federasiyası türkiyəli tərəfdaşlarımızın Çanaqqala döyüşü ilə bağlı anım tədbirlərində yüksək səviyyədə təmsil olunacaq”, - jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Putinin qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsi üçün Ermənistana gedəcəyi ilə bağlı suala Peskov belə cavab verib:

“Məsələ əvvəlki kimi nəzərdən keçirilir, biz müvafiq elan edəcəyik”.

Qeyd edək ki, dünən Ermənistan XİN başçısı Edvard Nalbandyan Moskvada deyib ki, İrəvanda Putinin səfərini gözləyirlər.