backend

Sumqayıtda vəhabi təhlükəsi...

Sumqayıtda vəhabi təhlükəsi...
















İlanın ağı-qarası, yaxud VƏHABİLİK


İmam Əlinin bir kəlamı var: “Fitnə öndən deyil, arxadan tanınar”


İllər əvvəl yadelli ölkələrin məkrli planı əsasında Azərbaycana ayaq açmış vəhabilik sektasını heç kəs tanımırdı. Yenicə müstəqillik əldə etmiş və İslamın həqiqi maarifindən uzaq düşmüş bir xalq kimi, bu yöndə safı çürükdən ayırd etmək bizə çətin gəlirdi. Ona görə də İngiltərənin 17-ci əsrdən bəri İslam dünyasında qara yara kimi icad etdiyi vəhabilik sektasından təbii ki, məlumatsız idik.Elə bu baxımdan adıçəkilən sekta Azərbaycanda özlərinin inkişafı üçün münbit şəraitin mövcud olduğunu duyub, işə keçdilər.

Azərbaycan xalqı və hökuməti bu cərəyanın əsl mahiyyətinə bələd deyildi.Hətta hakimiyyətdə bəziləri elə güman edirdilər ki, gələcəkdə bu sektadan müəyyən sahələrdə yararlanmaq olar.Təəssüflər olsun ki, hazırda da bəzi məmurlar bu fikirdə qalmaqdadır.Bir qisim insanlar hələ də vəhabiləri radikal və liberala ayırmaqla, həm özlərini aldadır, həm də Azərbaycanın gələcəkdə təhlükəsizliyini sual altına alır.
Başa düşmək lazımdır ki, hazırda "radikal vəhabi" adlandırdığımız qüvvələr məhz Bakıda əvvəllər “Əbu-Bəkr”, “Ləzgi” və bu kimi "loyal sələfilər" adı altında fəaliyyət göstərən məscid icmalarında yetişiblər. Bu qüvvələr cilddən-cildə girərək radikal və terrorçu vəhabilərin yaranıb, genişlənməsi üçün zəmin yaradıblar.
Vəhabi dediyimiz sektanın konkret əqidəsi yoxdur. Onlar bu gün Taliblər kimi müasir texnologiyadan istifadəni haram bilir, sabah tam əksinə addım atırlar; bu gün əqidənisini gizlətməyi böyük günah sayır, sabah isə lazım olsa, özünü sünni və ya şiə adlandırır, hətta bəzən İraq və Suriyada olduğu kimi qadın paltarı geyinərək qaçırlar. Onlar özlərindən başqalarını murdar sayır, hamının qanını və namusunu özlərinə halal bilirlər.
Elə Daxili İşlər Nazirliyinin Sumqayıtda vəhabilərin gizli məkanını aşkar edərək, onlardan külli miqdarda silah-sursat aşkar etməsi deyilənləri bir daha sübut etmiş olur.
Həbs olunan vəhabilərin başçısının Zöhrab Şıxaliyev olduğu bildirilir.Sumqayıtda hamı, hətta vəhabilərin bir çoxu onu hökumətə yaxın və loyal şəxs kimi tanıyırdı.Hətta bu təriqətə yaxın olan bəzi saytlar həmişə onun mövqeyini və bəyanatlarını dərc edirdi.Amma bəlli oldu ki, bu sektanın bəzi üzvləri əslində özlərini hökumətə yaxın göstərməklə, işlərini qabağa aparmaq niyyəti tutublar, əslində isə eyni məsləyə xidmət edirlər.Necə deyərlər, ilanın ağı-qarası olmur.
Bu təhlükəli cərəyanın Azərbaycanda kökünü qurutmaq üçün daha ağıllı üsullardan istifadə etmək lazımdır.Düşüncə mərkəzləri bu barədə fikirləşməli və önəmli layihələr əsasında vəhabiliyi (nə ad altında olurlarsa-olsun) aradan qaldırmaq üçün səy göstərməlidirlər.
Onların təkcə həbs olunması məqbul variant hesab oluna bilməz.Bir müddət öncə mediada, vəhabilərin həbsxanaların birində şəriət məhkəməsi qurmağa cəhd etməsi barədə məlumat qeyd olunmuşdu.Odur ki, getdikcə vüsət tapan bu təhlkükənin qarşısı məntiqli şəkildə alınmalıdır.Məsələn, Azərbaycanda qeyri-ənənəvi sektaların fəaliyyət göstərməsi və təbliği barədə kəskin qanunlar qəbul edilməlidir.Bu hal onların mediada fikir və bəyanatlarının yayılmasından tutmuş, digər hallara da tətbiq olunmalıdır.
Hazırda, qalustuklu, sünni adı altında və digər formalarda bir çox vəhabilər mediada geniş fəaliyyətdədirlər.Onları adi adamlar tanımasa da, yəqin ki, xüsusi xidmət orqanları yaxşı tanıyır.

Azərbaycandan Suriyaya döyüşməyə gedən vəhabilərlə bağlı həyəcan siqnalı çoxdan çalınıb.Müvafiq dövlət qurumları döyüşə gedən şəxsləri ölkəyə qayıdacaqları təqdirdə ağır cəzaların gözlədiyini açıqlasa da, radikal dini qruplaşmanın üzvləri heç nəyə məhəl qoymurlar.Həqiqət gözləri yumulan vəhabilər Suriyada şəhid olmağı özlərinə fəxr bilirlər.Guya onlar zülmə qarşı cihad edib şəhid olmaqla Allah qatında ən uca məqama yüksəlirlər.

Vəhabilərin Suriyaya dəstə şəklində getdiyi və kompakt yerləşdiyi bölgələrimizdən biri də Sumqayıt şəhəridir.Bildiyimiz kimi, ölkənin üçüncü ən böyük şəhəri sayılan Sumqayıtda vəhabilər vaxt keçdikcə daha da təşkilatlanır, sıralarını genişləndirirlər.Müxtəlif şirnikləndirmə üsulları ilə çoxlarını yanına çəkən vəhabilər müəyyən müddət keçəndən sonra onları da özləri kimi edirlər. Yadınıza salaq ki, bir müddət öncə Sumqayıtda silahlı insident baş verdi. Vəhabi təriqətinə mənsub olan bir qrup şəxs 10-cu mikrorayon ərazisində toplantı keçirib.Toplantıda Suriyaya döyüşçü göndərmək məsələsi müzakirə olunub.Müzakirə zamanı vəhabilərin xəvariclər qoluna aid qrupla, digərləri arasında Suriyaya döyüşçü göndərib-göndərməmək məsələsi üstündə mübahisə düşüb.Az sonra mübahisə atışma həddinədək qızışıb. Nəhayətdə onların arasında qanlı insident yaşanıb.Qeyd edək ki, vəhabilər Sumqayıtı özlərinin müqəddəs şəhəri elan ediblər.Dini qruplaşmanın üzvləri Dağıstan və Qafqazın digər ərazilərindəki «qardaşları» ilə mütəmadi olaraq əlaqə saxlayıb müəyyən məsləhətləşmələr aparırlar.Bu baxımdan Sumqayıt hazırda təriqət üzvlərinin qaynar nöqtəsinə, başqa sözlə, «konsey»inə çevrilib.Aparılan mübarizə tədbirlərinə baxmayaraq, Sumqayıtda təlimatlandırılan vəhabilərin Suriyaya axını dayanmır.Vəhabilər Suriyada özlərinin dediyi kimi, kafirlərə qarşı vuruşmağı özlərinə borc bilirlər.Vəhabilərə görə, şəriət qayda-qanunları ilə idarə olunmayan müsəlman ölkələri "Darül küfr", yəni "Kafirlər diyarı"dır.İddia edirlər ki, şəriət qayda-qanunlarının hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin "Masson" təşkilatı tərəfindən idarə olunur.Ona görə də təriqət üzvləri bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla dəyişməyə hazırdırlar.Onların anlamında Suriyada İslamın digər təriqətində olana qarşı savaşmaq olar.Amma Qarabağda xristianlara kifayət qədər sübutlar var. Bir daha qeyd etmək istəyirik ki, Suriyada vuruşan və mücahid kimi təqdim olunan vəhabilərin qarşı vuruşmaq lazım deyil.Xristian sayılan ermənilərin müsəlman azərbaycanlıların bacı-qardaşlarını təhqir etdiklərinə dair çoxu Sumqayıtdandır.Gün keçdikcə daha da möhkəmlənən vəhabilər Sumqayıtda müxtəlif çirkin planlar quraraq ağlasığlamz olaylara imza ata bilərlər.Dini qruplaşma üzvlərindən nə desən gözləmək mümkündür.Onlar xüsusi olaraq Sumqayıtda yaşayan yəhudilərə qarşı aqressivdirlər.Çünki onların başı lazımsız informasiyalarla doldurulub.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, şəhərdə vəhabilər sözün əsl mənasında yəhudilərə qənim kəsilib. Belə ki, istər sıravi olsun, istərsə də iş adamları olan yəhudilər vəhabilər tərəfindən sıxışdırılır, təhqir olunur, bəzən döyülür, ələ salınır. İş o yerə çatıb ki, yəhudilər şəhərdə gecə saatlarında sərbəst hərəkət etməyə belə ehtiyyat edirlər.

Bu problem barədə Hacı Şahin deyir:

- Azərbaycanda yəhudilərin müsəlmanlarla dinc yaşamasını müsbət hal kimi dəyərləndirirəm. Hətta İsrailə qarşı ən radikal mövqeyi ilə seçilən İranda belə yəhudilər yaşayır, orada onların senaqoqları da var, parlamentdə təmsil olunurlar.Biz antisemitizim əleyhinə olmalıyıq.Yəhudilərə qarşı kəskin addımlar atılmasına mane olmalıyıq.Azərbaycanla İsrailin əlaqələri sırf siyasi məsələdir və mən bu məsələyə fikir bildirmək istəmirəm.Yəhudilərin Azərbaycanda yaşamasına gəlincə, düşünürəm ki, bundan sonra da biz yəhudilərə qarşı tolerantlıq ənənələrini qoruyub saxlamalıyıq.Allah eləməsin Azərbaycanda dini və mənəvi zəmində ixtilaf yaranması bütövlükdə dövlətçiliyə ciddi zərbə vura bilər.