backend

Hafiz Hacıyev: Roma Papası “alkaşın” biridir

Hafiz Hacıyev: Roma Papası “alkaşın” biridir























“Qələtini eləsin, gedib o 10-12 dənən arvadının dərdin çəksin”.

“Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyev Roma papası Fransiskin qondarma “erməni soyqırımının” 100 illiyinə həsr olunmuş tədbirə qatılmasına münasibət bildirib.

qaynarxett.az-ya danışan H.Hacıyev qeyd edib ki, bu məsələ ilə bağlı bütün türk dünyası birləşib öz sözünü deməlidir.

Partiya sədrin sözlərinə görə, Roma papası Fransisk “alkaşın” (içki düşkünü – red.) biridir:

“Roma Papası vaxtı ilə avaranın, “alkaşın” biri olubdur. Bizdə olan məlumata görə, onun 10-12 arvadı var, onların dördü ermənidir. Bunu görə də onun danışması təbii qarşılanmalıdır. Onun kimi adamlar pula satılmış insanlardır. Roma papasının burnundan gəlməlidir ki, Azərbaycan ona nə qədər hörmət elədi, ona nə qədər kömək elədi. Bütün kilsələri, məktəbləri təmir elətdirdi”.

Hafiz Hacıyev qeyd edib ki, qondarma “erməni soyqırımından” danışan Papa nədənsə Xocalı soyqırımını dilinə belə gətirmir:

“Hər hansı bir hadisə ilə əlaqədar tarixçilərin danışmalıdır, bu onların işidir. Dini liderin buna qatılması və danışması düzgün deyil. Tarixçilər deyə bilərlər kim haqlıdır, kim haqsız. Əgər Roma Papası belə bir ədalətli insandırsa, qoy bircə kəlmə Xocalı soyqırımından danışsın”.

Sədrin onu da bildir ki, Papa Fransiskin sözləri dünyada gedən siyasi məsələlərə təsir edəcək.

“Dünyada gedən proseslər bizim əksimizədir. Bu gün müsəlmanlar və xristianlar arasında böyük müharibə gedir. Biz bunu görmürüksə, bu, nadanlıqdır, korluqdur. Xristian dünyası bizə belə bir ədalətsiz münasibət bəsləyib, axıra qədər də belə bir münasibət bəsləyəcək. Roma Papası xristianların arasında nüfuza malik olan adamdır. Papa bunu deyirsə, bu, bütün dünyanın siyasi çözümünə təsir edib müəyyən bir düzüm yaradacaq. Sadəcə olaraq biz ayıq olmalıyıq, bilməliyik bu Roma Papasıdır, İtaliya Papasıdır nədir, ondan bizə papa olmaz. Biz papalarımızı öz daxilimizdə axtarmalıyıq. Mən istərdim ki, çox hörmətli şeyximiz Allah Şükür Paşazadə təcili olaraq bu məsələyə qatılsın, öz münasibətini bildirsin, bir papalıq eləsin”.

Hafiz Hacıyev sonda Roma papası Fransisk müraciət ünvanlayıb:

“Mənim Roma Papasına sözüm odur ki, qələtini eləsin, gedib o 10-12 dənən arvadının dərdin çəksin. O haranın zibilidir ki, belə bir söz desin. Mənin imkanım olsa, ona qarşı ideoloji terror edərdim. Mən bütün türkləri Roma Papanın ifşasına çağırıram. Onun əxlaqsız bir adamın olmasının kimi dünyaya tanıtdırmalıyıq. Biz centelmentliyimizdən əl çəkməliyik. Böyük bir kampaniyaya başlamağa çağırış edirəm.

Biz daima türk dünyasının yanında, onlar da bizim yanımızda olmalıdır. Roma Papasına qarşı böyük bir siyasi kompaniyaya başlamaq lazımdır. Roma Papasını ifşa etmək lazımdır. Onun “alkaş”, avara və əxlaqsızın biri olması barədə əlimizdə olan faktları bütün dünyaya yaymaq lazımdır”.