backend

İŞİD İraqda şəhəri xlorlu mərmilərdən atəşə tutub

İŞİD İraqda şəhəri xlorlu mərmilərdən atəşə tutub






















Ramadi şəhəri ətrafında qızğın döyüşlər gedir.

İŞİD terror qruplaşmasının silahlıları İraqın Ramadi şəhərini zəhərləyici xüsusiyyətə malik mərmilərdən istifadə etməklə minaatanlardan atəşə tutub.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi məlumata görə, bu səbəbdən şəhəri müdafiə edən hərbçilərdə zəhərlənmə və boğulma halları müşahidə edilib.

Hazırda İraqın Ramadi şəhəri ətrafında qızğın döyüşlər gedir. Qeyd edək ki, hərbi əməliyyatlar nəticəsində 100 min sakin evini tərk etmək məcburiyyətində qalıb.