backend

Sabirabad MRX killerlərin və uşaq qatillərinin yuvasına çevrilib

Sabirabad MRX killerlərin və uşaq qatillərinin yuvasına çevrilib






















Cinayətin meydan suladığı bu xəstəxana “dövlət içində bir dövlətdir”

qaynarxett.az-nun elektron poçtuna Sabirabadın Mərkəzi Rayon Xəstəxanasında yaşanan özbaşınalıqlardan bəhs edən yazı daxil olmuşdu. Yazıda qeyd olunur ki, rayon xəstəxanasında vəziyyət bu gün demək olar ki, kritik həddə çatıb. Dövlət içində dövlət olan dırnaqarası həmin bu tibb müəssisəsi baş həkim Əziz Mikayılovun sayəsində killerlərin və uşaq qatillərinin yuvasına çevrilib. Həkimlər nə istəyir onu da edir. Əvvəlcə cibləri boşaltdıran həkimlər, sonra da xəstələrin canlarını alırlar. Insanlıq hissini itirmiş belə həkimlərin siyahısında qəsdən öldürülmüş yüzlərlə həyata göz açmayan körpə uşaqlar var. Xəstəxananın doğum şöbəsi hamilə qadınlar üçün ölüm kabusu olsa da, lakin ora baş həkim Əziz Mikayılovun əsas gəlir yeridir. Doğum şöbəsinin qapısını ərəbzəngi kimi kəsdirən tibb bacıları Əziz Mikayılovun tərtib etdiyi qaydaları xəstələrin yaxınlarının diqqətinə çatdırırlar. Adi doğuş 150 manat, cərahiyyə əməliyyatı ilə isə uşağın götürülməsi 480 manatdır. Müalicə üçün lazım olan iynə dərmalara gəldikdə, bütün bu ləvazimatlar da xətələrin üzərinə atılır. Xəstəxana ərazisində 24 saat fəaliyyət göstərən aptek dövlətin xəstəxanaya verdiyi dərman preparatlarının və digər tibbi ləvazimatların satışını həyata keçirir. Təbii ki, burdan gələn gəlir də Ə.Mikayılovun cibinə gedir. Baş həkimin şəxsi büdcəsinin doldurulmasında doğum şöbəsində çalışan 2 ginekoloq - Ofeliya və Gülli adında həkimlər hər cür qanunsuz əməllərə əl atırlar.
Uşaq qatilləri kimi tanınan hər iki ginekoloqun etdiyi cinayyətlərə baxmayaraq, sanki heçnə olmamış kimi, yığdıqları çirkli pulların hesabına hər dəfə sudan quru çıxırlar.
Sabirabadın Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsi adama bir növ ölüm düşərgəsini xatırladır. Oradan sağ çıxmaq hər qadına və körpəsinə müəssər olmayıb. Bu yaxınlarda yolum Əziz Mikayılovun özününküləşdirdiyi həmin bu xəstəxanaya düşmüşdü. Doğum şöbəsinin qarşısında olarkən gördüklərim məni dəhşətə gətirdi. Cavan bir qadın çarəsiz halda ağlayaraq, öldürülmüş körpəsini istəyirdi. Yaxınları nə qədər çalışırdısa qadını apara bilmirdi. Demək olar ki, günün birinci yarısına qədər belə 3 uşaq öldürülmüşdü.
Ürək ağrıdan bu acı mənzərəyə baxmaq olmurdu. Bu hadisə ətrafdakıları da məyyus etmişdi. Elə bu an yaşlı bir qadının ağlayaraq allaha dua etməsi diqqətimi çəkdi. Yaxınlaşıb nə olduğunu soruşdum. Dedi ki, bala, daha nə olacaq, qızımı saat 8:00-dan gətirmişəm bura, özü də sağlam, onuncu ayının içindədir. Gülli həkim açıq aşkar öldürür. Düz yeddi saata yaxındır ki, uşaq bətnində çırpınır. Ananın vəziyyəti pisləşib. Deyirəm, həkim, cərahiyyə əməliyyatı ilə uşağı götür, axı qızım ölür, uşaq da boğulur. O isə saymazyana bircə onu bildirir ki, qorxulu heçnə yoxdur, adi doğuşla olacaq. Dərindən ağ çəkən yaşlı qadın onu da əlavə etdi ki, kiçik qızının uşağını da Ofeliya həkim öldürüb. Şikayyət etdiklərinə görə bura gətirdikləri bu qızının müalicəsindən imtina edib. Həmsöhbətim olan qadın gözləmə otağına keçir. Mən də ki, bunun nə ilə bitəcəyini gözləmək qərarına gəlirəm. Doğum şöbəsinin qarşısında olduqca maraqlı faktların şahidi oldum. Tibb bacıları gözləmə otağının qapısını kəsdirib, hansı ki, qabaqcadan pul verməyən qadınları çölə buraxmırdılar. Kimin ki, pulu olmurdu şəxsiyyət vəsiqəsini girov qoyurdu. Bütün bunları gördükdə Azərbaycan səhiyyəsinə nifrətim birə on artdı. Burada olduğum vaxtdan 10 saatdan çox keçdi. Alan almışdır, verən də vermişdi. Artıq ətrafda sakitlik höküm sürürdü. Çox çəkmədi ki, bu sakitliyi bayaq söhbət etdiyim yaşlı qadının qışqırdısı pozdu. Nəvəsini itirmişdi, özü də oğlan uşağı. Qadının yaxınlarının danışıqlarından belə başa düşülürdü ki, 13 saat çarəsiz və baxımsız qalan ananın uşağını Gülli həkim öldürüb.
Bəli, bir gündə 4 uşaq ölümü, hamısı da oğlan.
Zərəçəkmişlərin verdiyi məlumata görə xəstəxanada yaşanan belə faciəvi faktlarla bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə və Sabirabad rayon prokurorluğuna dəfələrlə müraciətlər olunub. Amma gəl ki, sözü gedən bu qurumlar həmişə Əziz Mikayılovun killer həkimlərini müdafiə ediblər.
Xüsusi olaraq onu da qeyd edək ki, Sabirabadın Mərkəzi Rayon Xəstəxanasında belə qətliamların nə dərəcədə məqədyönlü şəkildə aparıldığını deyə bilməsək də, amma bu dövlətçiliyə xəyanət və Milli təhlükəsizliyə vurulan zərbədir.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tural