backend

?MTN işi’ otelləri də təşvişə salıb - Otaqlardakı gizli kameralar yığışdırılır
























Son günlər MTN ətrafında baş verən olaylardan sonra bəzi otellər otaqlarda gizlədilən kameraları yığışdırmağa başlayıblar.

Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılmasından sonra MTN ətrafında baş verənlər corab söküyü kimi süzülməyə başlayıb.

İş adamları özlərini MTN əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən otellərdə görüşdükləri xanımlarla çəkilən görüntülərlə şantaj olunduqlarını deyirlər. Belə ki, xanımlarla görüşən iş adamları bir müddət sonra gizli çəkilən videoları ilə qarşılaşıblar. Həmin iş adamları görüntülərin ailə üzvlərinə göstərilməməsi və internetdə yayımlanmaması qarşılığında böyük məbləğlərdə pullar ödədiklərini deyilər.

Portalımıza daxil olan məlumata görə, MTN ətrafında gedən prosesin böyüməsi otelləri təşvişə salıb. Paytaxt Bakıda daha çox bir gecəlik əyləncə üçün gedilən otellərdə otaqlara yerləşdirilən gizli kameralar yığışdırılmağa başlanılıb.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları da həyata keçirilir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.