backend

Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsində korrupsiya olayları

Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsində korrupsiya olayları
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin menyusuna
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun, bir müddət bundan öncə təhsil sahəsindəki korrupsiya olaylarından sonra, növbəti qanunsuzluqlar bu dəfə deyəsən rayonun mədəniyyət və turizm sektorunda aşkarlanır. Belə ki, bir neçə gün bundan öncə Maliyyə Nazirliyindən Kəlbəcər rayonunun İncəsənət Məktəbində maliyyə yoxlaması aparılsa da, yoxlamadan dərhal sonra rayonun Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göctərən bu məktəbdə, direktor məktəbin müəllimlərinə bildirir ki, komissiyanın üzvləri elə-belə yola salınmayıb. Problemlər təkcə maliyyə komissiyasının gəlişi və yaxud da "yola salınması"ilə bitsəydi, dərd yarı olardı. Bu yöndə əldə etdiyimiz məlumatlarda bildirilir ki, məktəbin direktoru Ədalət Əliyev, bu gün də müəllimləri "tasa "otuzdurub.
Yüksək səviyyədə inşa olunan və bir müddət bundan əvvəl kəlbəcərli məcburi köçkünlərin istifadəsinə verilən incəsənət məktəbinin daha bir ünvanında, bu gün baş verənlər "işin" qaranlıq tərəflərindən xəbər verir. Hələlik onun Bakı şəhərində yerləşməsi haqda məlumat əldə etsək də, məktəbin ünvanını tapa bilmədik. Görəsən ünvanı bilinməyən və adı çəkilən filialda direktor ştatı olmadığı halda, musiqi məktəbində direktorunun olmasından Kəlbəcər Mədəniyyət və Turizm şöbəsinin müdiri, "ADY"QSC-nin sədri cənab Cavid Qurbanovun bibisi öğlu olan Hacı Əmrahovun xəbəri varmı? Guman edək ki, yoxdur. Əgər olmuş olsaydı, yəqin ki, o halda Kəlbəcər İncəsənət Məktəbinin Bakı şəhərində yerləşən və hələlik ünvanı bəlli olmayan filialının fəaliyyətini təsdiq edən rəsmi dövlət sənədi, yəni şagirdlərin bilik səviyyəsi, o cümlədən davamiyyəti aparılan jurnallarında ştampı, möhürü olmadan filial müəlliməsi Şəfiqə Quliyevanın direktor kimi imza atmasından xəbərləri olardı.
Bravo, Şəfiqə müəllimə. Adı məlum olan, ünvanı məlum olmayan filialın problemləri, tək özünü direktor kimi görən və imza atması ilə rəhbər kürsüdə görən müəlliməsi Şəfiqə Quliyevanın sayəsində bitmir.
Mənbədən aldığımız məlumatlara görə, onun qiyabi musiqi təhsili olsa da, notlardan , muğamlardan , kamança kökləməkdən anlayışı olmadan, özünə 24 saat dərs saatı yazan Şəfiqə Quliyevanın, filial müəllimləri ilə daim konfliklərdə olması, özü dərs keçmədən digər dərs buraxan müəllimləri "sarı sim"də başa salması, onların dərs dinləmələrini direktor kimi irad tutub protokollaşdırması "təqdirə layiqdir". Şəfiqə müəllimənin özünün tez-tez Gəncədə görünməsi, filialda dərs davamiyyəti vəziyyətinin necəliyindən xəbər verir. Şəfiqə xanımın bu cür idarəetməni tətbiq etməsi, bəlkə də bundan öncə onun DAM-da işləməsindən irəli gəlir.
Belə bir olaylara Gəncədə yerləşən Kəlbəcər Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Əmrahovun az əhəmiyyət verməsi isə, deyəsən onun özünün də ixtisasca zootexnik olmasından irəli gələn səbəblərdir. Görəsən zootexniki mədəniyyət şöbəsinə müdiri təyin edən nazir, onun hansı işgüzarlığını nəzərə alıb? Yaxud da Hacı Əmrahovun Cavid Qurbanovun bibisi oğlu olması ilə kifayətlənib? Deyəsən düz yerinə düşmüşük. Hacı Əmrahovun müdir işləməsinə imkanlar açan, elə onun özünün Cavid Qurbanovun bibisi oğlu olmasıdır.
Ümumiyyətlə, həqiqəti qeyd etsək o halda bilərik ki, Kəlbəcər İncəsənət Məktəbinin ünvanı bilinməyən filialının daha hansı "qanunlar" çərçivəsində işləməsini, Hacı Əmrahovdan öncə biləcək şəxs varsa, o da incəsənət məktəbinin direktoru Ədalət Əliyevdir . Görəsən filial müəlliminin özünü direktor kürsüsündə görməsində onun rolu nələrdən ibarətdir? Yaxud da məktəb direktoru nəyə görə, Belə bir əməllərə göz yumur? Hacı Əmrahovun və Ədalət Əliyevin Gəncədə yeni tikilən məktəbdə oturub, kəlbəcərlilərin Gülüstan qəsəbəsində fəaliyyət göstərən daha bir məktəbində təhsil alan şagirdlərin, müəllimlərin aqibətinə biganə yanaşmaları, görəsən hansı səbəblərlə bağlıdır?