backend

Ən böyük mavi almazının 50 milyon dollar qiymətlə hərraca çıxarılacağı bildirilir

Ən böyük mavi almazının 50 milyon dollar qiymətlə hərraca çıxarılacağı bildirilir
Dünyanın ən böytük mavi almazı İsveçrədə hərraca çıxarılacaq.
“Blue Moon Diamond” (Mavi ay almazı) noyabrın 11-də İsveçrənin Cenevrə şəhərində məşhur hərrac şirkəti “Sotheby`s” tərəfindən kolleksiyaçılara təqdim olunacaq.

“Sotheby`s” rəsmiləri dünyanın ən böyük mavi almazının 50 milyon dollar qiymətlə hərraca çıxarılacağını açıqlayıb. 12.03 karatlıq almazın qiymətinin 55 milyona qədər arta biləcəyini istisna etməyən şirkət rəsmisi, dünyanın məşhur varlılarına və kolleksiyaçılarına dəvətnamə göndərdiklərini bildirib.

Məlumata görə, indiyədək cəmi 3-4 ədəd mavi almaz tapılıb ki, onların da çəkisi ümumilikdə 100 karatdan çox olub.

Mavi almaz almazların ən nadir və qiymətli növü sayılır, Cənubi Afrika Respublikasındakı Kullinan mədəni isə onların ən məşhur ocağı hesab edilir.

Bir qayda olaraq, almazların əksərriyyəti yuvelir işləri aparıldığından sonra sarı və ya qəhvəyi rəngə çalır. Qeyri adi göy, yaşıl, çəhrayı və ya qırmızı rənglərdə tapılan daşlar isə digərlərinə nisbətən daha qiymətli və uğurlu hesab edilir.

Ən böyük mavi almazının 50 milyon dollar qiymətlə hərraca çıxarılacağı bildirilir
Ən böyük mavi almazının 50 milyon dollar qiymətlə hərraca çıxarılacağı bildirilir