backend

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Dağlarda qar yağacaq.

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Məlumatına görə noyabrın 07-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.