backend

Şirvanlı kəndinin «kəndxudası» Xaləddin Səlimovun «gördüyü işləri» gördüm deyən yoxdur

Şirvanlı kəndinin «kəndxudası» Xaləddin Səlimovun «gördüyü işləri» gördüm deyən yoxdur
Bərdənin Şirvanlı kəndinə dövlət büdcəsindən ayrılmış 30 min manatın aqibəti ilə bağlı yetərli qədər müəmmalar var.
Kəndin icra nümayəndəsi Xaləddin Səlimovun rəhbərliyi altında həyata keçirilən «proses» nəticəsində büdcə vəsaitlərinin talan edildiyi diqqəti çəkir.
Belə ki, Şirvanlı kəndinin əhalisi çox olmasa da, Xaləddin Səlimov özünün dəftərxana xərclərini kəll-çarxa çıxarıb. Bunun üçün «Bərdə TTR-2» MMC-nin əliylə 5500 manatlıq dəftərxana ləvazimatları aldığını sənədləşdirib. Hərçənd bu qədər dəftərxana ləvazimatı adətən Bakının rayonları üçün nəzərdə tutulub. Amma icra nümayəndəsi həmin pulları kiçik bir kəndin kağız-kuğuz işlərinə sərf etdiyini qeydiyyata aldırıb.
Xaləddin Səlimovun bir başqa əməliyyatı isə ərzaq mallarının satın alınması ilə bağlıdır. Maraqlıdır ki, Şirvanlı kəndinin əhalisi üçün nəzərdə tutulmuş bu vəsaitin kimə verildiyi məlum deyil. Elə kənd camaatı da "RSR-5» MMC-lə birlikdə keçirilmiş tender üzrə alınmış 24520 manatlıq ərzağın kimlərə verildiyindən xəbərsizdirlər.
Demokratiya.info-ya verilən məlumatda vurğulanır ki, əslində bu qədər vəsaitin nəyə xərcləndiyini bilmək elə də çətin deyil. Əksinə, icra nümayəndəsi Xaləddin Səlimovun təkcə bu il deyil, əvvəlki illərdə də eyni adlar altında külli miqdarda pullar sildiyini Şirvanlı camaatı yaxşı bilir. Amma işin maraqlı tərəfi odur ki, camaatın bildiyi bir məsələdən Bərdə rəsmilərinin xəbəri yoxdur. Və ya bundan xəbərdar olsalar da, özlərini görməməzliyə vurublar.
Qarşı tərəfi də dinləməyə hazırıq.