backend

“Aşkarlanan sənədlər Bakı Şəhər Baş Polis İdarəsinə veriləcək”

“Aşkarlanan sənədlər Bakı Şəhər Baş Polis İdarəsinə veriləcək”
İnsanların diqqətsizliyi vacib sənədləri zibilliyə aparır.
Son bir ayda tullantıların içərisindən 19 növdə müxtəlif sənədlər tapılıb.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Babayev deyir ki, ümumilikdə bu sənədlərin sayı 100-dən çoxdur. Aşkarlanan sənədlər arasında avtomobil sənədləri, “kupça”, şəxsiyyət vəsiqələri, pasportlar, bank kartları var. Zibillər çeşidlənən zaman həmin sənədlər tullantıların içərisindən ayrılır. Onlardan bəzisi səliqəli qalsa da, bəziləri yararsız hala düşmüş olur.

Vüqar Babayev bildirib ki, aşkarlanan sənədlər Bakı Şəhər Baş Polis İdarəsinə veriləcək. Orada tapıntılar bürosu var.

Sənədlərini itirmiş şəxslər isə bu sənədlərin onlara aid olub-olmadığını müəyyənləşdirmək üçün büroya müraciət edə bilərlər.