backend

Türkiyədə yaşayan ruslar narahatdır

Türkiyədə yaşayan ruslar narahatdırRusiya və Türkiyə arasında yaşanan gərginliyin tez bir zamanda aradan qaldırılmasını istəyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Antalya şəhərində yerləşən Eduant özəl rus məktəbinin direktoru Viktor Bikkenev deyib. O bildirib ki, Türkiyə ilə Rusiya tarixən mühüm qonşuluq əlaqələrinə malik olub:

“Rusiyadan Türkiyəyə xeyli turist gəlir. Eyni zamanda, yüzlərlə rus şagird məktəbimizdə təhsil alır. Baş verən olaylar bunlara təsirsiz ötüşməyəcək. Biz istərdik ki, bu problem tezliklə həll edilsin. Düşünürəm ki, dövlət xadimləri siyasi yolla gərginliyi aradan qaldıra bilərlər”.