backend

Tunis Liviya ilə sərhədi bağladı

Tunis Liviya ilə sərhədi bağladı

Tunis hökuməti bəyan edib ki, son terror aktı ilə əlaqədar Liviya ilə sərhədi bağlayır. Musavat.com xəbər verir ki, məlumatı "Le Figaro" yayıb.

Bundan başqa, ölkədəki hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Qeyd edək ki, İŞİD terrorçuları Tunisin paytaxtında prezident mühafizəçilərinin avtobusunun partladılmasına görə məsuliyyəti üzərinə götürüb.

Tunisdə 30 gün müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Son məlumata görə, terror aktı nəticəsində 13 nəfər ölüb.