backend

Çin Afrikanın şərqində Ədən körfəzində hərbi baza yaradır

Çin Afrikanın şərqində Ədən körfəzində hərbi baza yaradır


Çinin Afrika ölkəsi olan Cibutidəki bazasında 10 il müddətində 10 min əsgər xidmət edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çien bildirib.

Onun sözlərinə görə, bu hərbi bazanın qurulmasında məqsəd BMT-nin Somalidə humanitar fəaliyyətinə yardım etməkdir.

Qeyd edək ki, Cibuti Respublikası Afrikanın şərqində yerləşən kiçik dövlətdir. Bu ölkə şimaldan Eritreya, qərb və cənubdan Efiopiya, cənub-şərqdən isə Somali ilə həmsərhəddir. Qırmızı dənizə və Ərəb dənizinin Ədən körfəzinə çıxışı vardır. Ərəbistan yarımadasında yerləşən Yəməndən 20 kilometr uzaqlıqdadır. Paytaxtı Cibuti şəhəridir. Əhalisinin hamısı müsəlmandır. Digər dinlərdən olanların sayı azdır. Əhalkisinin sayı 875 min nəfərdir. Ərazisi 23 min kv.km-dir.