backend

Bakıda tapanca formalı alışqanla evə basqın edildi

Bakıda tapanca formalı alışqanla evə basqın edildi



Bakıda mənzilə silahlı basqın olub. Musavat.com xəbər verir ki, hadisə Qaradag rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 4-çü küçədə yaşıyan Hafiz Əmirxanovun yaşadığı həyət evində baş verib. Ev sahibinin sözlərin görə naməlum şəxlər onun evinə gecə saatlarında daxil olublar.

Yaşayış evini qarət etməyə gələn şəxslər 50 yaşlı zərərçəkənin evə giriş qapısından daxil olublar. Hafiz Əmirxanov iddia edir ki, hadisə baş verən zaman o yuxda olub və onun ayılmaması üçün xüsusi dərmandan istifadə ediblər. Hadisə zamanı səs-küyə evin xanımı, 45 yaşlı Fatilə Orucova yuxudan oyanıb. Bunu görən 3 nəfər naməlum şəxs onun əl-ayağını və agzını yapışqanla bağlayaraq mətbəxə aparıblar. Daha sonra onlardan biri əlində olan tapança ilə evin xanımına hədə qorxu gələrk qızılları tələb edib.

İsdədiklərini əldə edən oğrular əllərində olan silahı da evdə qoyaraq, hadisə yerindən qaçıblar. Evin sahibi Hafiz Əmirxanov hadisədən səhər saatlarında xəbər tutub. O, yuxudan ayılanda həyat yoldaşını mətbəxdə əl-qolu bağlı vəziyyətdə görüb.

Anoloji hadisə Əmirxanovlar ailəsindin bir müddət əvvəl də başına gəlib. Belə ki, onlara məxsus anbardan 2000 manat dəyərində tütütn məmulatları aparılsa da, ev sahibi oğurluğu törədən şəxslər tutlmadığını deyir.

Artıq faktla bağlı Qaradağ rayon 10-cu polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn istintaq qrupunun uzvləri silahı maddi sübut kimi goturublər. Məlum olub ki, maskalı şəxslər ev sahibini qorxudmaq uçun tapança formalı alışqandan istifadə ediblər. Yaşayış evinə daxil olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.