backend

İsveçrə inqilabi kosmik gəmi hazırlayır

İsveçrə inqilabi kosmik gəmi hazırlayır

İsveçrə mühəndisi və pilotu Paskal Jossiyə məxsus “Svis Speys Sistems” şirkəti kosmonavtikada inqilab yaradacaq kosmik gəmi hazırlayır.

qaynarxett.az xəbər verir ki, SOAR kosmik gəmisinin yaradılma ideyası hələ 2013-cü ilin martından yaranıb. İdeya ilk dəfə ictimaiyyətə təqddim olunanda bu kosmik gəminin yaradılacağına şübhə ilə yanaşılırdı.

Hazırda SOAR layihəsi üzərində 80-ə yaxın insan işləyir. Layihənin dünyanın müxtəlif ölkələrindən 200-dən çox tərəfdaşı var.

Sözügedən layihənin büdcəsi 250 milyon frankdır. Şirkət layihə üçün 2018-ci ilin sonunadək maliyyə dəstəyi müqaviləsinə sahibdir.