backend

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Saatlı rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Saatlı rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki



31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Saatlı rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki


Əziz saatlılar!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2016-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 24 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2015-ci il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, iqtisadiyyat dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir. Azərbaycan xalqı 2015-ci ildə yeni parlament secərək Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə sadiq olduqlarını bütün dünyaya sübut etmişdir.

Yola salmağa hazırlaşdığımız 2015-ci il Saatlı rayonu üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır.Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan saatlilar iqtisadiyyatin butun sahələriədə dinamik inkişafa nail olmusalar. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində Saatlı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.


Hörmətli rayon sakinləri!

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.

Siraqəddin Cabbarov
Saatlı rayon İcra Hakimiyyətinin başçısı
.