backend

İran Avropaya qaz kəməri çəkilişini mümkün sayır

İran Avropaya qaz kəməri çəkilişini mümkün sayır


İran Avropaya qaz nəqli üçün kəmər inşasını mümkün sayır. Musavat.com-un məlumatına görə, bu barədə ölkənin Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə idarə müdiri Azizulla Ramazani bildirib.

Onun sözlərinə görə, Rusiya Avropaya qaz nəqli üçün 3 min km-lik kəmərdən istifadə edirsə, İran da Avropa bazarına çıxmaq üçün belə bir kəmər çəkə bilər. Şirkət rəsmisinə görə, neftin qiyməti düşməkdə davam edərsə, Avropaya qaz nəqli daha sərfəli olacaq.

Ramazani ölkəsinin dünyada ən böyük qaz ehtiyatına malik olduğunu, lakin dünya bazarındakı payının buna adekvat olmadığını deyib. “Biz müasir texnologiyalardan istifadə edib bazarda payımızı artırmalıyıq - baxmayaraq ki, İranın qaz ehtiyatları 962 milyard kub metrdir, ölkənin istehsal gücü ildə 200 milyard kub metr təşkil edir” – xatırladıb Ramazani.

Müqayisə üçün o, Rusiya və ABŞ-ın istehsal gücünün ildə 800 milyard kubmetr olduğunu qeyd edib. Lakin şirkət rəsmisi qaz kəmərinin mümkün marşrutları barədə konkret heç nə bildirməyib.