backend

Metroda itnihar – Gənc oğlan özünü qatarın altına atdı

Metroda itnihar – Gənc oğlan özünü qatarın altına atdı


Bakı metrosunda intihar edənin kimliyi məlum oldu.

Bakı metrosunda intihar hadisəsi baş verib. Hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev musavat.com-a bildirib ki, hadisə metronun “Əhmədli” stansiyasında baş verib:

“Hadisə bu gün saat 11:08-də baş verib. Həmin saatda 1982-ci il təvəllüdlü Qoşqar Aşurov Etibar oğlu özünü gələn qatarın altına atıb. Hadisə nəticəsində həmin şəxs dünyasını dəyişib”.
Hadisə şahidlərinin sözlərinə görə, şəxsin başı vaqonun şüşəsinə çırpılıb. Stansiya işçiləri xüsusi texnikadan istifadə edərək onu vaqonun altından çıxarıblar.