backend

“Ötən il ölkəyə sərmayə yatırımı 3,8 milyard manat azalıb”

“Ötən il ölkəyə sərmayə yatırımı 3,8 milyard manat azalıb”



Dövlət Statistika Komitəsi 2015-ci ildə ölkəyə kapital qoyuluşu ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, ötən il ölkəmizə kapital qoyuluşu 15,9 milyard manat təşkil edib. Bunun 56%-i daxili mənbələr hesabınadır.

İqtisadçı ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev bu rəsmi məlumatı yarımçıq sayır və onun arxasında duran nüansları açıqlayır:

“Bu məlumatın açması budur ki, arxada qoyduğumuz ildə ölkə daxili mənbələrdən sərmayə yatırımı 3,8 milyard manat azalıb. Ümumi sərmayə qoyuluşu isə, 1,7 milyard manat və ya 9%-dən çox düşüb. Xarici sərmayənin əsasən neft sektoruna yönəldiyini nəzərə alsaq, qeyri-neft sektoruna sərmayə qoyuluşunun 30%-ə yaxın azalması qənaətinə gələ bilərik. Deməli, açıq şəkildə etiraf olunmasa da, qeyri-neft sektoru ciddi problemlərlə üz-üzədir. Bu, hökumət üçün ciddi siqnal sayılmalıdır”.