backend

Qəbələdə ev yandı

Qəbələdə ev yandı


Qəbələdə yanğın hadisəsi qeydə alınıb.



qaynarxett.az-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonu, Aydınqışlaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.



Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.